“Rusiya çalışacaq ki, daha çox Qarabağ ermənisi geri dönsün, orada erməni az olsa Azərbaycan...”

07 dekabr, 2020 01:15

“The Washington Post”: “Sosial şəbəkələrdə İlham Əliyevə güclü inam vardı, müxalifət də ona dəstək verdi” adlı yazısında qeyd etmişdik ki, adı çəkilən qəzet Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın Dağlıq Qarabağ üzrə keçmiş müşaviri Jirayr Libaridyanın (1991-1997) bölgədə baş verən son hadisələrə münasibəti ilə maraqlanıb. Miçiqan Universitetinin tarixçi professor qeyd edib ki, hər iki ölkənin həm hökumətləri, həm də xalqları "daxili istifadə üçün nəzərdə tutulan ritorikaya" üstünlük verib, populist və ekstremist çıxışlarla qarşılıqlı güzəştə hazır olmadıqlarına haqq qazandırmağa çalışıblar.

Bu dəfə isə Jirayr Libaridyanın BBC-yə verdiyi müasibədəki əsas tezislərə diqqət edəcəyik. Britaniya mediası qeyd edir ki, ABŞ doğumlu Ermənistanın veteran diplomatı Türkiyənin Qarabağ münaqişəsində Azərbaycana ciddi dəstək verməsi çoxları üçün gözlənilməz oldu. Ancaq Jirayr Libaridyan hadisələrin məhz belə bir məcrada inkişaf edəcəyi barədə Ermənistan rəhbərliyinə əvvəlcədən xəbərdarıq etmişdi. Onu da bildirmişdi ki, yeni reallıqları nəzərə alan Rusiya Ermənistandan güzəştə getməyi tələb edəcək. Ermənistan iqtidarından fərqli olaraq o, Qarabağ savaşında məğlubiyyəti erməni diplomatiyasının səhvləri ilə izah edir. Son 30 ildə yalan üzərində qurulmuş gözləntilərə köklənmiş Ermənistan cəmiyyəti də bu məğlubiyyətə görə məsuliyyət daşıyır.

O deyir ki, Levon Ter-Petrosyanın administrasiyası Azərbaycanla sülhə nail olmağa can atırdı. Danışıqlar zamanı qarşılıqlı güzəştlərə meylli idi. Ancaq bizdən sonra gələnlər isə status-kvonu saxlamağa üstünlük verdilər. Bu, onlara Dağlıq Qarabağa və ətrafdakı 7 rayona nəzarət imkanı verirdi. Bizdən sonra gələnlər belə düşünürdülər: “Əgər bir şey alınmasa, yenidən müharibəyə başlayarıq. Paşinyanın isə mövqeyi belə idi: “Əgər bir şey alınmasa, deməli, müharibə olmalıdır, qoy olsun. Onsuz da müharibədə biz qalib gələcəyik”.

Sabiq müşavir deyir ki, son 30 ildə Rusiya, Türkiyə, İran, ABŞ və Fransa bizə açıq şəkildə deyirdilər ki, onlar Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya bilməzlər. Nəzəri baxımdan yalnız Azərbaycan Dağlıq Qarabağa müstəqillik verdiyi təqdirdə bu, mümkün ola bilərdi.

Hamı gözləyirdi ki, biz ələ keçirdiyimiz 7 rayonu bu və ya digər şərtlər altında Azərbaycana qaytaracağıq. Bizim administrasiya başa düşürdü ki, Azərbaycan ən zəif vaxtında Dağlıq Qarabağın müstəqilliyin tanımadı. Qonşu ölkə getdikcə güclənəcək və buna heç vaxt razı olmayacaq. Ona görə də biz Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyinə təminat aldıqdan sonra 7 rayonun Azərbaycana qaytarılmasına razı idik. Bizdən sonra gələnlər isə başqa fikirdəydi. Onlar deyirdi ki, Azərbaycan öncə Dağlıq Qarabağın müstəqilliyin tanısın və ya az sonra keçiriləcək referenduma razılıq versin biz də rayonları geri verək. Sonra isə dedilər ki, bu rayonlar da tarixi erməni torpaqlarıdır. Bəziləri də söylədi ki, qan töküb aldığımız torpağı düşmənə qaytarmalı deyilik".

Burada kiçik bir haşiyə çıxmağı lazım bilirik. Məhz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinə görə Levon Ter-Petrosyan Robert Koçaryanın rəhbərlik etdiyi Qarabağ klanı tərəfindən iqtidardan uzaqlaşdırıldı. Bir önəmli məqamı da qeyd edək: Son illərdə Ermənistan Laçın və Kəlbəcəri geri verməkdən qəti şəkildə imtina edirdi...

Yenidən müsahibəyə qayıdaq. Jirayr Libaridyan deyir ki, müharibənin dördüncü günü aydın oldu ki, Ermənistan bu savaşda məğlub olacaq. Bununla bağlı Ermənistanın müdafiə naziri Paşinyana xəbərdarlıq etmişdi. Deməli, “onsuz da müharibəni udacağıq”,  düşüncəsi yanlış idi. Başqa yanlışlar da vardı. Məsələn, Ermənistan Azərbaycana və Türkiyəyə qarşı provokasiya xarakterli addımlar atdı. “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” deməklə Paşinyan danışqlar prosesinin mənasızlığını etiraf etmiş oldu. Paşinyanın Sevr müqaviləsi haqqındakı bəyanatı isə Ermənistanın Türkiyəyə ərazi iddiası anlamına gəldi. Üstəlik, Ermənistanın müdafiə naziri dedi: “Yeni müharibə (Azərbaycandan qoparılacaq) yeni ərazilər deməkdir”.

Təcrübəli diplomat deyir ki, Qarabağdakı məğlubiyyət təkcə iqtidarın yanlış hesablamasından qaynaqlanmır. Ermənistanın siyasi spektrinə baxın. Demək olar ki, bütün siyasi partiyalarımız ultra-vətənpərvər düşüncəyə sahibdir. Və onlar beynəlxalq səviyyədə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı formalaşmış rəyi rədd edirdilər. Ona görə də sonluq belə fəlakətli oldu: “İndi Ermənistanda əksər siyasi partiyalar deyir ki, Paşinyan istefa versin, biz iqtidara gələk. Ancaq iqtidara can atanların heç biri problemin həllinə yeni yanaşma ortaya qoya bilmir”.

Diplomat bildirir ki, üç tərəfli bəyanatdan sonra Qarabağ məsələsi faktiki olaraq qapandı. Bəyanatda bununla bağlı konkret bir şey yoxdur. Amma Azərbaycanın ərazi bütövlüyü əsas kimi önə çıxıb və həmin sənədi Nikol Paşinyan imzalayıb. Məsələ bununla da bitib. Kimsə bunu dəyişə bilməz: “Azərbaycan hökuməti daxili köçkünlərin azad olunmuş ərazilərə qayıtması üçün ciddi addımlar atacaq. Ancaq Qarabağ erməniləri necə, onlar da geri dönəcəkmi? Bölgədə indi ciddi dəyişiklik baş verib. Qarabağ erməniləri bu dəyişikliyə uyğunlaşa biləcəkmi? Rusiya çalışacaq ki, mümkün qədər çox Qarabağ ermənisi geri dönsün. Orada erməni az olsa Azərbaycan Rusiyadan soruşa bilər ki, sizə burada ehtiyac varmı?”

“Prezident Putin və digər dünya liderləri deyir ki, Qarabağın statusu müəyyən olunmayıb. Onlar onu nəzərdə tutmurlar ki, Qarabağın müstəqil olması mümkündür. Onlar artıq sözlərini birmənalı şəkildə deyiblər. Deyiblər ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Üç tərəfli bəyanatdan sonra Dağlıq Qarabağın müstəqilliyi məsələsi gündəmdən çıxdı, heç əvvəl də bu ideya ciddi qarşılanmırdı”.

Bəs, Dağlıq Qarabağın statusu necə ola bilər? Diplomat bu suala belə cavab verib: “Qarabağ Azərbaycanın tərkibində coğrafi baxımdan müəyyən əraziyə malik bir bölgəmi olacaq, yoxsa İlham Əliyevin dediyi kimi yalnız mədəni muxtariyyətlə məsələ bitəcək, sonucu variantda etnik azlığa heç bir ərazi haqqı tanımır. Təxminən İran və Türkiyədə ermənilərə dini baxımdan verilən muxtar haqlar kimi. Yəni, ermənilərin öz kilsəsi, məktəbi, qəzeti, erməni dili dərsləri ola bilər. Ancaq ərazi söhbəti olmayacaq. Seçim belədir, ya Qarabağ Azərbaycanın tərkibində ərazi baxımından tanınan muxtar qurum olacaq, ya da mədəni muxtariyyət alacaq. Əvvəl  söhbət Dağlıq Qarabağın müstəqil dövlət və ya Azərbaycanın tərkibində muxtar vilayət statusundan gedirdi”.

Zəruri qeyd: Bəli, İlham Əliyev ermənilərə mədəni muxtariyyət verilməsindən bəhs edib. Ancaq həmin açıqlama müharibənin ilkin mərhələsində səsləndirilib. Üç tərəfli bəyanatdan sonra isə Azərbaycan prezidenti Dağlıq Qarabağa heç bir status verilməyəcəyini bildirib.

musavat.com

“Ancaq rəsmi İrəvan indi də dünya dövlətlərini Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırır”. Sualına isə diplomat belə cavab verib: “Bu, bizim mentalitetə söykənən siyasi düşüncəmizdən gəlir. Bu problem 200 ildir ki, mövcuddur. Bizim illüziyalardan xoşumuz gəlir. Ancaq nəyisə arzulamaq strategiya deyil.   Musavat.com

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"