Azərbaycanda hərbi vəziyyət ləğv olunur
07 dekabr, 2020 15:44
Milli Məclisin dekabrın 11-də keçiriləcək növbəti iclasında Prezident İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarına baxılacaq.
Azsiyasət.com xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.