“Dedim Serj, 5 rayonu Azərbaycana qaytar, dedi yox…” - Aleksandr Lukaşenko

08 dekabr, 2020 10:53

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, o Rusiya prezidenti Vladimir Putinlə birlikdə Ermənistana Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair təklif verib. Bu təklif Rusiya və Belarusun münaqişənin nizamlanmasında birgə iştirakını nəzərdə tuturdu.Azsiyasət.com Belarus rəsmi KİV-lərinə istinadən xəbər verir ki, Lukaşenko bu barədə rusiyalı jurnalistlərlə görüşündə açıqlayıb.

Lukaşenkonun bildirdiyinə görə bu ideya hələ Yerevanda, KTMT-nin sammitlərindən birində müzakirə olunmuşdu. Və o vaxt Ermənistanda Serj Sərkisyan hakimiyyətdə idi.

Lukaşenko deyib ki, o Ermənistanı və Azərbaycanı kompromis həll variantına razılıq verərək Qarabağ problemini birlikdə həll etməyə çağırıb. Bu zaman Belarus və Rusiya konsolidə olunmuş mövqe nümayiş etdirib. O cümlədən zərurət yaranarsa müəyyən qarantiyaların təmin olunması üçün hərbi kontingentin yeridilməsi məsələsində.

"Sonra artıq açıq şəkildə dedim: qulaq as, onların dediyi kimi 7 rayonu işğal ediblər. Və biz Putinlə birlikdə konsolidə olunmuş mövqe nümayiş etdirdik (Bu, Yerevanda, KTMT sammitində olmuşdu): Serj, həmin 5 rayonu qaytar. Onları qaytarmamaq üçün nə səbəb ola bilər axı, onlar ki, boşdur. O deyir: əgər mən qaytarsam onlar orada yolu kəsəcəklər, Dağlıq Qarabağı tutacaqlar və s. Və biz Putinlə birlikdə qəti şəkildə vəd etdik ki, belə olsa öz qoşunlarımızı yeridəcəyik və buna imkan verməyəcəyik.

O dedi: yox, biz buna getməyəcəyik, biz bunu istəmirik" - Belarus prezidenti qeyd edib.

Aleksandr Lukaşenko bildirib ki, Sərkisyanın bu cavabından təəcüblənib. "Nəyə görə istəmirlər? 5 rayon boş qalıb. Bu birinci addımdır. Onda Azərbaycan da, Ermənistan da KTMT-də, Avrasiya İttifaqında olardı. Bu, Azərbaycanın həmin təşkilatlara daxil olması üçün qoyduğu şərt idi. Nəyə görə siz imtina edirsiniz? Yaxşı, Belarus bir yana, amma Rusiya qarant rolunda çıxış edir ki, həmin rayonlar azad edilsə heç vaxt orada müharibə olmayacaq. Hansı ki, həmin rayonların Azərbaycana məxsus olduğunu siz də etiraf edirsiniz. Burada söhbət Qarabağdan getmir" - Lukaşenko bildirib.

Daha sonra Lukaşenko Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasının vacibliyini qeyd edib, o cümlədən investisiyaların cəlb edilməsi baxımından. Belarus prezidenti daha bir baş tutmamış layihədən danışıb. Onun sözlərinə görə, söhbət Azərbaycandan Gürcüstana boru kəmərinin çəkilməsindən gedirdi. Və Belarus prezidenti həmin məsələ ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri ilə danışıb.

"Onlar boru kəməri çəkirdilər. Məncə qaz idi. Və bu kəmər Ermənistandan yan keçirdi. Həmin vaxtlar mənim Azərbaycan prezidenti İlham Əliyevlə təmasım olmuşdu, dedim ki, o Serj Sərkisyanla kəmərin Ermənistandan keçməsi məsələsini müzakirə etsin. Bu hər iki tərəfə faydalı olardı. Dedim ona bildirsin ki, bu problemi həll etmək lazımdır, mən bu kəməri oradan keçirirəm və üstəlik Ermənistanın bərpasına da kömək edirəm. O vaxt onların pulunun sayı-hesabı yox idi. Və mən bu söhbətdən sonra Serj Azatoviçlə görüşdüm, təklifi ona da çatdırdım. Amma bundan da imtina etdi. Bununla belə istənilən halda bu münaqişə nə vaxtsa sülhlə bitməlidir" - Lukaşenko bildirib.

Virtualaz.org yazır ki, KTMT-nin sammiti son dövrlərdə 2016-cı ildə Yerevanda keçirilib. Həmin vaxt Dağlıq Qarabağ münaqişəsi kəskinləşmişdi və aprel döyüşləri baş vermişdi.

Belarusun Rusiya ilə birlikdə Qarabağ münaqişəsinin həllində iştirakına dair ideya ilk dəfə səslənir. Amma qeyd etmək lazımdır ki, münaqişə bölgəsində KTMT sülhməramlılarının yerləşdirilməsi ideyası bu yaxınlarda gündəmə gəlmişdi. Hərçənd Minsk Qrupu həmsədrləri olan ölkələrin qoşunlarının sülhməramlılar qismində münaqişə bölgəsinə yeridilməyəcəyinə dair şifahi anlaşmanın mövcud olduğu əvvəllər dəfələrlə deyilib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"