Üç dövlət xidmətinin rəisi təltif edildi - SƏRƏNCAM

10 dekabr, 2020 00:09

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azsiyasət.com xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu təltif edilib:
Təltif edilənlər arasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov da var. Onlar “Zəfər” ordeni ilə təltif edilib.