Türkiyə, yoxsa Rusiya? - “Yoldaşlar, ruslardan bizə "xoxan" düzəltməyin!”

11 dekabr, 2020 17:37

Qubad İbadoğlu,

ADR Hərəkatının sədri, ABŞ-ın Rutgers Universitetinin professoru

10 noyabrda Rusiya, Azərbaycan və Ermənistan arasında atəşkəs Bəyannaməsi imzalanandan sonra sosial şəbəkələrdə məqsədli və mütəşəkkil şəkildə belə bir təbliğat aparılır ki, biz Rusiyanın qarşısına çıxa bilməzdik, Rusiya bizi əzərdi, məhv edərdi, başqa alternativə malik deyildik.

"Tarix ən yaxşı müəllimdir" deyirlər. Zamanında bu məsələyə tarix özü qiymət verəcək. Ona görə də indi belə mövqe sahibləri və onların tərəfdarları ilə söz güləşdirmək niyyətində deyiləm. Sadəcə məni narahat edən Rusiya ilə bağlı davam edən təbliğatdır ki, fikrimcə, onunla da ən azı 3 məqsəd güdülür:

1. Rusiya olduğundan çox böyüdülür.

2. Rusiyadan qorxu və təslimçilik hissi formalaşdırılır.

3. Rusiyaya yaxın olmaq üçün zəmin yaradılır və motivasiya formalaşdırılır.

Müşahidələr göstərir ki, bütün bunlar Kremllə əlaqəli olan Bakı mənşəli mərkəzlərdən idarə olunur.

Əslində vəziyyət necədir? Rusiya gerçəkdənmi güclüdür?

Türkiyə Azərbaycanın yanındadırsa, bu bizim üçün nə deməkdir?

Heç şübhəsiz ki, Azərbaycan ayrılıqda Rusiya ilə rəqabət aparmaq gücündə deyildir. Bəs, Türkiyə ilə birlikdə olanda necə rəqabət apara bilərmi?

Öncə qeyd edim ki, burda söhbət müharibədən deyil, texnoloji inkişafdan və rəqabətdən gedir. Odur ki, detallara keçirəm.

1) Beynəlxalq nüfuz, təhlükəsizlik və təsir dairəsində Türkiyə daha üstün mövqeyə malikdir. Türkiyə NATO-nun sadəcə üzvü deyil, orda ikinci güclü ordusu olan ölkədir.

2) Regionda nüfuz və təsir dairəsində görə Türkiyə daha böyük potensiala malikdir. Türk xalqlarının hazırda 7 müstəqil dövləti (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr), bundan başqa, Rusiya Federasiyasının tərkibində Tatarıstan, Başqırdıstan, Çuvaşıstan, Saxa (Yakutiya), Tıva, Xakasiya, Kabarda-Balkariya, Qaraçay-Çərkəz, Altay Respublikaları və Taymır (Dolqan-Nen) milli mahalı, Çin Xalq Respublikasının tərkibində Sintzyan-Uyğur Muxtar Rayonu, Moldovanın tərkibində Qaqauziya Muxtar Respublikası, İranın tərkinində Güney Azərbaycanı, İraqda Türkmənlər vardır...

3) İqtisadiyyatında adambaşına bölüşdürülən resurslarına görə Türkiyə daha güclü və potensiallı ölkədir. Belə ki, 2021-ci il üçün adambaşına büdcə xərcləri Türkiyədə 2186 dollar, Rusiyada 2004 dollar proqnozlaşdırılır.

4) Növbəti ildə adambaşına düşəcək müdafiə xərcləri Türkiyədə 344 dollar, Rusiyada 288 dollar olacaq. Türkiyənin hərbi sənaye kompleksi Rusiyadan texnolji baxımdan daha yüksək, silahlı qüvvələri isə daha müasir təlimlidir. Sadəcə Türkiyə nüvə dövləti deyil. Global Firepower indeksində də Rusiya dünya üzrə 2-ci, Türkiyə 11-ci yerdədir. Rusiya hərbi cəhətdən qüdrətli dövlət olsa da, Türkiyə hərbi sənaye kompleksi inkişafda, Rusiyadanın hərbi sənaye kompleksi isə tənəzzüldədir. Bunu İkinci Qarabağ Müharibəsi texnoloji müstəvidə daha aşkar və aydın göstərdi.

5) Dünya Bankının qiymətləndirmələrinə görə, Türkiyədə doğulanların orta ömür uzunluğu 77 il, Rusiyada 72 ildir. Əhalisinin sayı arasında 1,75 dəfə fərq olmasına baxmayaraq, Times Higher Education World University Rankings 2021-də Türkiyənin dünya üzrə ilk 1500-yə düşən 43, Rusiyanın isə 48 Universiteti vardır.

Əsla bu müqayisələrlə Türkiyənin Rusiyadan güclü olmasını sübut etmək, eyni zamanda da Rusiyanın Azərbaycan üçün iqtisadi əhəmiyyətini inkar etmək niyyətim yoxdur, amma istərdim biləsiniz ki, Türkiyə Rusiya ilə müqayisədə zəif ölkə deyil, hətta daha potensiallıdır. Türkiyə texnoloji baxımdan getdikcə güclənən, Rusiya isə geri qalan ölkələr sırasındadır.

Odur ki, yoldaşlar, ruslardan bizə "xoxan" düzəltməyin! Müasir dünyada texnologiyalara kim sahibdirsə, o güclüdür.

Mən demirəm ki, Türkiyə ilə birləşib, Rusiyaya müharibə edək. Hesab edirəm ki, Türkiyə ilə Azərbaycan hərbi mütəffiqlik sazişi olarsa, rus da, fars da, ingilis də bizimlə hesablaşacaq. Biz birlikdə daha güclüyük! Yaşasın, Azərbaycan-Türkiyə qardaşlığı!

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"