“10 saat mühasirədə qaldıq” - Ohanyandan Şuşa ETİRAFI

12 dekabr, 2020 01:01

Ermənistanın keçmiş müdafiə naziri və Xocalı cəlladı, general-polkovnik Seyran Ohanyan (“Axsaq Seyran”) Şuşada canını Azərbaycan xüsusi təyinatlılarından son anda qurtara bilib.

Azsiyasət.com xəbər verir ki, Ohanyan özü bu haqda "ArmNews" saytına müsahibəsində danışıb.

Bundan əvvəl Ermənistan mətbuatında şaiyələr yayılıb ki, Şuşanın müdafiəsinə rəhbərliyi üzərinə götürsə də Seyran Ohanyan döyüşdən qaçıb.

Lakin o deyir ki, Şuşanın müdafiəsi əməliyyatına rəhbərlik etmirdi. Oraya öz təşəbbüsü ilə getmişdi və “dqr müdafiə ordusunun komandanlığı ilə əlaqəsi yox idi”.

“Mən Şuşada özünümüdafiə dəstəsi formalaşdırmağa kömək etdim, biz 16 nəfər idik. Mən onların hamısından yaşlı idim. Noyabrın 5-də biz üç tərəfdən mühasirəyə alınmışdıq. 10 saat mühasirədə qaldıq. İki keçmiş köməkçim Sergey Ayrapetov və Vage Sirunyan qəhrəmanlıq göstərdilər (bu “qəhrəmanlığın” nədən ibarət olduğu açıqlanmır-red.), həlak oldular. Onların taktikası sayəsində biz mühasirədən çıxa bildik”, - Ohanyan deyib.

Keçmiş nazir Şuşadan qaçdığı haqda şaiyələrə ironik münasibət bildirib. Deyib ki, onun fiziki vəziyyəti (ayağının birini Birinci Qarabağ müharibəsində itirdiyi üçün protezlə gəzir,-red.) və yaşı bunu etməyə imkan vermədi.

“Əsgərlər bir neçə dəfə məni şəhərdən çıxarmağı təklif elədilər. Lakin mən qalmağa qərar verdim. Sonra düşmən mənim olduğum komanda məntəqəsini aşkarladı. Qərara alındı ki, oranı tərk edək və noyabrın 6-da səhər saatlarında biz Şuşadan çıxdıq”,- Ohanyan belə deyib.

Ohanyan habelə Şuşanın guya “satıldığı” barədə hazırda Ermənistanda geniş müzakirə olunan iddiaları rədd edib. Deyib ki, şəhər satqınlıq nəticəsində deyil, Azərbaycan ordusunun üstünlüyü sayəsində əldən verilib. Ohanyanın bildirdiyi kimi, Azərbaycan ordusu həm sayca, həm texniki imkanlar baxımından xeyli üstün idi, PUA-lar isə havada dominantlıq edirdi. “Azərbaycanlılar ətraf meşəliklərdən istifadə edərək şəhərin yanından keçmişdilər, döyüşlər bundan sonra da davam edirdi, qarşı tərəfin üstünlüyü həlledici oldu”,- o deyib.

Xatırladaq ki, noyabrın əvvəllərində Ohanyan Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyanın qərargahında görünmüşdü. Həmin toplantıda “Şuşanın müdafiəsi əməliyyatının” müzakirə olunduğu açıqlanmışdı. Lakin çox keçmədi ki, Azərbaycan xüsusi təyinatlıları Daşaltı qayalıqlarından qalxaraq qala-şəhərə, düşmənin arasına girdi və cəmi iki günə onu pərən-pərən saldı. Bu zaman Ohanyanın olduğu komanda məntəqəsinə də artilleriya zərbəsi endirilmişdi və onun öldüyü barədə xəbərlər yayılmışdı. Daha sonra Ohanyan bildirdi ki, “köməkçisi yaralanıb”, amma özü sağdır.

Seyran Ohanyan bədnam 366-cı alayın zabiti kimi Xocalı qətliamında şəxsən iştirak edib, o cümlədən 1992-ci ilin mayında Şuşanın işğalına rəhbərlik edənlərdən biri idi.

virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"