Müdafiə Nazirliyi atəşkəsin pozulması ilə bağlı məlumat yaydı

12 dekabr, 2020 21:03

"Erməni tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törədib".

Azsiyasət.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

"Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Hal-hazırda atəşkəs rejiminə riayət olunur", - deyə rəsmi məlumatda bildirilir.