Türkiyə PA rəsmisi Qafqazda sülhün şərtini AÇIQLADI

13 dekabr, 2020 01:24

“Türkiyənin Azərbaycanla siyasi, iqtisadi və hərbi münasibətlərini yüksək səviyyədə inkişaf etdirməsi bölgənin sülh və rifahı üçün son dərəcə vacibdir”.

Azsiyasət.com xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun özünü tvitter hesabında yazıb.

“Bu münasibətlər regional sülh istəyən hər kəs üçün qorxulmalı deyil, dəstəklənməli addımlardır ”, - o qeyd edib.