"Meşələrdə gizlənən ermənilərə beynəlxalq terrorçular kimi baxılmalıdır" - İqor Korotçenko

14 dekabr, 2020 00:33

"Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Beynəlxalq ictimaiyyət, eləcə də Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bunu Rusiya prezidenti Vladimir Putin də dəfələrlə bəyan edib".

Azsiyasət.com xəbər verir ki, bunu Rusiyanın hərbi eksperti, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Ekspert bildirib:

"Meşələrdə gizlənən və Hadrutda təxribatla məşğul olmuş ermənilərə beynəlxalq terrorçular kimi baxılmalıdır".