“Bakıdakı erməni kilsəsi erməni cinayətlərini əks etdirən muzeyə çevrilməlidir” - Tarixçi alimdən təklif

28 iyul, 2020 12:19

Türkiyədə Aya Sofyanın məscidə çevrilməsindən sonra Bakıda yerləşən erməni kilsəsinin statusu ilə bağlı məsələ də aktullaşıb. Kilsə bu günə qədər qorunub saxlanılır, amma bundan sonra erməni kilsəsinin taleyi necə olacaq? Azərbaycan bu məsələdə hansı addımlar atmalıdır, erməni kilsəsinin statusu ilə bağlı hansı tarixi qərar verilməlidir?

“Azsiyasət.com” bununla bağlı AMEA Tarix İnstitutunun direktor müavini, tarix elmləri doktoru Cəbi Bəhramovun fikirlərini öyrənib.

C.Bəhramov bildirib ki, bu, olduqca ciddi məsələdir və bir tarixi faktı nəzərinizə çatıdırım ki, Bakıda yerləşən həmin bu erməni kilsəsində 1918-ci ildə azərbaycanlılara qarşı cinayətlər planı hazırlanmışdı:  

“Ermənilər bizim işğal altında olan torpaqlarımızda yerləşən abidələri dağıdırlar, amma biz belə addım ata bilmərik. Bu, bizim həm psixologiyamıza, həm də mentalitetimizə uyğun olan məsələ deyil. Mən təklif edirdəm ki, Bakıdakı erməni kilsəsini muzeyə çevirib ermənilərin törətdikləri bütün cinayətləri tarixi xronoloji ardıcıllıqla göstərmək lazımdır. Eyni zamanda, erməni Qriqoryan kilsəsinin xalqımıza qarşı cinayətlərini göstərən faktları burada göstərməliyik. Bakının mərkəzində belə bir kilsə indiyə kimi qorunub saxlanılıb, amma bundan sonra bu kilsədə ermənilərin vəhşiliyini, barbarlığını, ermənilər haqqında dünyanın müxtəlif ən tanınmış insanlarının dedikləri fikirləri əks etdirən bir muzey təşkil etmək lazımdır. Ölkəmizə gələn qonaqlar, dövlət başçıları da həmin muzeyə gətirilməli, tarixi faktları bu muzeydə öz gözləri ilə görməlidirlər”.

C.Bəhramov Azərbaycan mədəniyyət abidələrinə qarşı həyata keçirilən terror hadisələrindən də danışıb:

“Məsələn, hansı nöqteyi-nəzərdən İran izah edə bilər ki, qədim Azərbaycan şəhəri İrəvandakı Göy məscid fasr məscididir? Axı bu hansı məntiqə sığır? Həmin ərazidə farslar heç vaxt yaşamayıblar. Şuşadakı Gövhər Ağa məscidini hansı adla fars məscidi kimi təmir edərək təmir etdirmək istəyirlər? Bu, bir çox istiqamətlərdə cinayətdir, Azərbaycan xalqının mədəniyyətinə qarşı cinayətdir”.

C.Bəhramov Aya Sofyanın məscidə çevrilməsi məsələsinə də toxunub:  

“Mən bu yaxınlarda oxudum ki, yunanlar deyirlər ki, türklər qədər bu abidəni heç kəs qoruyub saxlaya bilməzdi. Türklər yüksək mədəniyyət nümunəsi kimi onu qoruyub saxlayıblar. Aya Sofya ilə bağlı verilən qərarda da göstərilir ki, istənilən şəxs gəlib orada ibadət edə bilər. Bu, tolerantlıq nümunəsidir. Bizim dövlət də bütün abidələrə tolerantlıq mövqeyindən yanaşır. Bir daha deyirəm ki, erməni kilsəsi muzeyə çevrilməli, errmənilərin təkcə azərbaycanlılara qarşı deyil, eləcə də, digər xalqlara qarşı həyata keçridiyi cinayətlər orada nümayiş etdirilməlidir”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"