"Kremlin qara əməliyyatlarını açıb ortalığa qoymağın vaxtı yetişib" - “Vaşinqton Post”

14 dekabr, 2020 17:22

ABŞ-ın “Vaşinqton Post” qəzetində “Bayden Putinin ABŞ-a qarşı gizli müharibəsini car çəkib deməlidir” başlıqlı məqalə dərc olunub.

Məqalə redaksiya heyəti adından təqdim edilib.

Məqalədə deyilir ki, 2016-cı ildən bəri Kuba və Çində amerikalı diplomatlara, ABŞ kəşfiyyatçılarına qarşı məxfi hücumlar olub. Nəticədə amerikalı diplomatlarda, kəşfiyyatçılarda baş, qulaq ağrıları, qulaqda güclü səs-küy, başgicəllənmə yaranıb, onların görmə, düşüncə qabiliyyətləri zəifləyib, səhhətlərində uzunmüddətli problemlər ortaya çıxıb. Mərkəzi Kəşfiyyat İdarəsinin Avstraliyaya, Tayvana səfər etmiş iki əməkdaşı da eyni xəstəliklərə mübtəla olub.

Məqalədə bildirildiyinə görə, Rusiyanın hərbi kəşfiyyat qrupları ABŞ-ın terror təşkilatı kimi tanıdığı “Taliban” yaraqlılarına gizli şəlildə mükafat vəd edib onları Əfqanıstandakı koalisiya qüvvələrinə, xüsusilə də Amerika əsgərlərinə zərbələr endirməyə yönəldib.

Daha sonra qeyd olunur ki, ABŞ-ın məhşur kibertəhlükəsizlik şirkəti 2016-cı ildə Rusiya hərbi kəşfiyyatının Demokratlar Partiyasının mərkəzi qərargahının kompüterlərinə haker hücumları etdiyini aşkarlayıb.

“Vaşinqtin Post” yazır ki, bütün bu hadisələrin izahsız qalan, çoxlu sual doğuran tərəfləri olsa da, baş verənlər Rusiya prezidenti Vladimir Putinin ABŞ-a qarşı asimmetrik müharibə aparmaq səylərinin bir hissəsi kimi görünür.

Məqalədə deyilir ki, qeyri-adi silahların, radiotezlik şüalanma impulslarının, kiberhücumların tətbiq olunduğu bu müharibə çox dağıdıcı müharibədir.

“Vaşinqtin Post”un rəyinə görə, geniş mənada Putinin siyasi hədəfi amerikalıların Əfqanıstandan qovulmasına nail olmaq, ABŞ-dakı seçkiləri pozmaq, ABŞ-Kuba münasibətlərinə əngəl törətmək ola bilər. Yaxud onun hücumlarının kökündə Amerikanın kibertəhlükəsizliyini zəiflətmək, ölkə xaricində fəaliyyət göstərən diplomatlara, kəşfiyyat mənsublarına əzab vermək kimi taktiki məqsədlər də güdülə bilər.

Məqalədə bildirilir ki, hansısa naməlum səbəblərdən ABŞ prezidenti Donald Tramp heç vaxt Putinlə onun bu çirkli oyunları barədə danışmayıb.

“Vaşinqton Post” hesab edir ki, indi bunu yeni seçilmiş prezident Cozef Bayden etməlidir. Bayden Putini başa salmalıdır ki, o, Rusiya kəşfiyyatçılarının xaricdə amerikalılara qarşı törətdiyi bu və ya digər hücumlara səssiz qalmayacaq, bunlara dözməyəcək və Rusiyanın istənilən hücumuna cavab veriləcək.

Redaksiya məqaləsinin sonunda vurğulanır ki, Kremlin qara əməliyyatlarını açıb ortalığa qoymağın vaxtı yetişib və ABŞ-ın yeni prezidenti bunu etməlidir.

Mənbə: Washingtonpost.com

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"