"Türk əsgərinin Qarabağda vuruşması üçün hüquqi baza var" - Hərbi ekspert

15 dekabr, 2020 16:43

Türkiyənin müdafiə naziri Hulusi Akar sensasion bəyanatla çıxış edib. Nazir Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin iştirakı ilə imzalanan üçtərəfli sazişin pozulacağı təqdirdə, müharibə variantına keçə biləcəklərini deyib. O, Türkiyənin Azərbaycanın işğaldan azad olunan ərazilərinin təhlükəsizliyini təmin etmək üçün öhdəlik götürdüyünü bildirib.

Maraqlıdır, H.Akarın bu bəyanatla çıxış etməsi hansı zərurətdən doğub? Müharibənin yenidən başlayacağı təqdirdə Türkiyənin tərəf kimi iştirakı mümkündürmü?

Azsiyasət.com xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən hərbi ekspert Şair Ramaldanov qeyd edib ki, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilədə 4 bənd sırf təhlükəsizlik məsələsinə həsr olunub:

“Orada qarşılıqlı yardımdan tutmuş bütün məsələlər öz əksini tapıb. Digər tərəfdən Türkiyə Böyük Millət Məclisi Azərbaycanda türk əsgərlərinin fəaliyyəti ilə bağlı qərar qəbul edib. Yəni iki dövlətin qarşılıqlı addım atması üçün hüquqi baza mövcuddur. Ola bilsin ki, cərəyan edə biləcək məsələləri əvvəlcədən proqnozlaşdırılaraq bu qərarlar qəbul olunub. Düşünürəm ki, bu bəyanat da boş yerə verilməyib, yaranmış vəziyyətlə əlaqədardır. Burada qanunsuz heç nə yoxdur. Azərbaycan qələbə çalıb, ərazi bütövlüyünü bərpa edib. Artıq Ermənistanla dövlət sərhəddimizdə təmas xətti yoxdur. Düzdür, hazırda müəyyən narahatlıq mövcuddur. Lakin biz ekspertlər bunu əvvəldən də proqnozlaşdırırdıq. Çünki separatçı rejimin partizan müharibəsinə hazırlıqla bağlı hələ müharibə başlamadan əvvəl müəyyən video-görüntüləri vardı. Erməni mediasında açıq şəkildə bu haqda müzakirələr gedirdi. Düşünürəm ki, partizan müharibəsi elementləri ilə azad edilmiş ərazilərdə rastlaşacağıq. Digər tərəfdən erməni hərbi-siyasi rəhbərliyi hələ əvvəldən terrorçularla sıx əlaqədə idi. Onlar dövlət tərəfindən yox, məhz diasporlar tərəfindən maliyyələşdirilirdi”.

Yenisabah.az

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"