"Bu silahların Ermənistana Rusiya tərəfindən verilməsinə çox heyfslənirəm" - Rusiyalı politoloq

15 dekabr, 2020 17:17

“Mənim fikirlərim Rusiyada çox sayda insanın rəsmi KİV-də heç vaxt əksini tapmayan fikirlərdir. İnanın ki, rus xalqının, Rusiyada yaşayan başqa xalqların böyük əksəriyyəti həmişə sizin tərəfinizdə olub. Çünki biz haqq-ədalətin tərəfindəyik. Telekanalların səsi heç də Rusiyanın səsi demək deyil, bunu unutmayın”.

Bu fikirləri Ermənistan ordusunun raket hücumlarından zərər çəkmiş Gəncə şəhərinə səfəri zamanı rusiyalı politoloq, jurnalist, ictimai xadim Maksim Şevçenko dilə gətirib.

O, gecə yarısı yuxuda olan dinc şəhərə Ermənistanın raket hücumunu terrorçuluq olaraq dəyərləndirib:

“Burada və ətraflarda heç bir hərbi infrastruktur da yoxdur, guya hədəfə aldıqları hava limanı isə şəhərdən uzaqdadır. Burada yalnız mülki sakinlərin öldürülməsi, vahiməyə salınması var. Lakin onlar tamamilə başqa nəticəyə nail oldular. Azərbaycan xalqı, onsuz da, doğma torpaqlarını qaytarmağa can atırdı, indi Şuşanı da, başqa torpaqları da azad edənlər həm də burada terror hücumlarından ölənlərin də əvəzinə vuruşub, onların da qisasını alıblar”.

Rusiyalı jurnalist Azərbaycanın qələbəsini həm də dünyada haqq-ədalətin qələbəsi kimi səciyyələndirib:

“Dünyada haqsızlıq saysız-hesabsızdır. İmperializm sərhədləri dəyişdirmək, iqtisadi dividendlər əldə etmək üçün insanların üstünə raket və bombalar atmağı, onları öldürməyi rəva görür. Siz isə insanın, insan həmrəyliyinin, cəsarətinin daha güclü olduğunu sübut etdiniz. Gəncə sakinlərinə dərin hüznlə başsağlığı verirəm. Və həmin o silahların Rusiya tərəfindən verilməsinə görə çox heyfslənirəm. Cənubi Qafqazın sülh diyarı olmasına çalışacağıq. Bunu dinc yolla etmək istərdik, amma görünür ki, müharibəsiz mümkün olmur. Ümidvaram ki, o raketlərin buraxıldığı yerdə olanlar özünə gələrlər, nə etdiklərini, öz ölkələrini, xalqı, bütün Qafqazı haraya sürüklədiklərini başa düşərək hönkürüb göz yaşı axıdarlar”, – deyən M.Şevçenko Qafqaza sülh və əmin-amanlıq arzuladığını vurğulayıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"