"Ordu təcili şəkildə silahlandırılmalıdır" - Vazgen Manukyan

16 dekabr, 2020 01:00

Ermənistan müxalifətinin baş nazirliyə namizədi Vazgen Manukyan media qurumlarının rəhbərləri ilə görüşüb.

Azsiyasət.com xəbər verir ki, görüşdə Ermənistandakı mövcud vəziyyət, xüsusilə müharibə ilə əlaqəli problemlər, onun nəticələri, ölkədəki daxili siyasi böhran, müxalifətin gələcək proqramları və fəaliyyətləri müzakirə edilib.

Manukyan çıxışında ordunun yenidən təcili silahlanmasına ehtiyac olduğunu, imzalanmış üçtərəfli sənədin Ermənistan əleyhinə olduğunu bildirib. Müharibə zamanı erməni ordusunun silah və texnikalarını böyük ölçüdə itirdiyini deyib.

O, Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu formatında həll edilməsi üçün danışıqlar prosesinin bərpasının da vacibliyinə diqqət çəkib. Manukyan Baş nazir Paşinyanı ölkəni ağırlaşan sosial-iqtisadi böhrandan çıxmarmağın yollarını axtarmadığını da sözlərinə əlavə edib.

Teleqraf.com