ABŞ Dövlət katibindən Rusiyaya qarşı sərt ittihamlar - Pompeo Lavrovun cavabını verdi

16 dekabr, 2020 14:13

ABŞ dövlət katibi Mayk Pompeo Rusiyanı Aralıq dənizindəki sabitliyi pozmaqda və bu regionun ölkələri arasında xaos, münaqişə və ixtilaf yaratmaqda ittiham edib.

Azsiyasət.com "Azadlıq" radiosuna istinadən xəbər verir ki, dekabrın 15-dəsəsləndirdiyi bəyanatı ilə Pompeo Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatına cavab verib.

Xatırladaq ki, Lavrov Birləşmiş Ştatların bu regionda siyasi oyunlar oynadığını demişdi.

Pompeo deyib ki, Lavrov yenə də faktları təhrif edir və tarixi yenidən yazmağa cəhd göstərir. ABŞ dövlət katibi Moskvanı Liviya, Suriya vəAralıq hövzəsinin başqa ölkələrindəki hərəkətlərinə görə günahlandırıb.

Moskva ilə Vaşinqton arasında münasibətlər Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra korlanıb. Bu münasibətlər 2016-cı il ABŞ seçkisinə Rusiyanın iddia olunan müdaxiləsindən sonra daha da pisləşib.

ABŞ-da prezident seçilmiş Co Baydenin Kremlə qarşı sərt mövqe tutacağı gözlənilir.

İndiki prezident Donald Tramp dəfələrlə Rusiya ilə yaxın münasibətlər istədiyini və prezident Vladimir Putinə heyranlığını bildirib.

Rusiyanın Aralıq dənizi hövzəsindəki siyasətlərini pisləyən Pompeo deyib ki, ABŞ özünün şərqi Aralıqdakı müttəfiqləri ilə bölgədə daha möhkəm stabillik, təhlükəsizlik və firavanlıq yaratmaq üçün birgə çalışır.

Dövlət katibi bir daha xatırladıb ki, Rusiya dezinformasiyadan istifadə etməklə, milli suverenliklərə hədə yaratmaq, xaos, münaqişə və ixtilaf toxumu səpməklə məşğuldur. Pompeo qeyd edib ki, Vaşinqton Liviyada geniş iştiraklı hökumətin bərqərar olunmasına tərəfdardır. O bildirib ki, belə bir hökumət Liviya xalqının iqtisadi və humanitar ehtiyaclarına cavab verə bilərdi.

Pompeonun fikrincə, Moskva BMT-nin Liviyaya sabitlik gətirmək cəhdlərinə də zərbə vurub, silah embarqosunu pozub, insan haqlarını pozanlara qarşı BMT qətnamələrini bloklayıb və özünün hərbi muzdluları ilə münaqişəni daha da qızışdırıb.

O deyib ki, Rusiya Suriyada öz xalqına qarşı müharibə aparan Bəşər əl-Əsədin rejimini müdafiə edib və bu ölkəyə də sabitsizlik gətirib. Pompeonun sözlərinə görə, Moskvanın bu ölkədəki siyasətləri humanitar böhran yaradıb və əhalinin yarısını didərgin salıb. Pompeo habelə Rusiyanı Yunanıstanla Şimali Makedoniyanı yaxınlaşdıran diplomatik səyləri sarsıtmaq cəhdində ittiham edib.

Dövlət katibi əlavə edib ki, Kremlə bağlı rusiyalılar Malta və Kipr vasitəsilə çirkli pullarını yuyublar: "Bütün bu hərəkətlər kimin siyasi oyunlar oynadığını, regional münaqişələrdə həll prosesini əngəllədiyini aşkar nümayiş etdirir. Bu bölgənin ziyanı hesabına öz maraqlarını yeridən ölkə Rusiyadır”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"