900-ə yaxın erməni hərbçisinin meyiti tapılıb

17 dekabr, 2020 01:24

"Noyabrın 13-dən Qarabağda ölmüş 892 erməni hərbçisinin meyiti aşkarlanıb".

Azsiyasət.com xəbər verir ki, bunu Ermənistanın Fövqəladə Hallar Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Unan Tadevosyan “Sputnik Armenia”ya açıqlamasında deyib.

Tadevosyan bildirib ki, bu günə kimi 892 hərbi qulluqçunun meyitini tapmışıq:

"Son günlərdə barışıq rejiminin pozulmalarına görə iş dayandırılıb. Amma dünən axtarışlar Cəbrayıl, Füzuli və Qaraxanbəyli ərazisində davam etdirildi. Bu gün onlar Cəbrayılda və Füzulidə davam etdilər. Eyni zamanda işlər Zəngilanda da davam etdiriləcək".