ABŞ-dan SENSASİYALI açıqlama: - "Rusiyanın olduğu Qarabağda sabitlik hər an pozula bilər"

17 dekabr, 2020 16:08

“Rusiyanın varlığı Dağlıq Qarabağda sabitliyin pozulması riski yaradır”.

Azsiyasət.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin siyasi-hərbi məsələlər üzrə köməkçisi Klark Kuper deyib

Mətbuat konfransı zamanı azərbaycanlı jurnalist Kuperdən bölgədəki ölkələrə Rusiyanın təsirinə qarşı ABŞ-ın necə kömək etmək niyyətində olduğunu soruşub.

“Diqqət yetirdiniz və bu qeydlə qətiliklə razıyam ki, bu vəziyyətdə Rusiyanın varlığı olduğu yerdə bölgədə sabitlik hər an pozula bilər”, – deyən Amerikalı rəsminin sözlərinə görə, ABŞ sülh danışıqlarının və Minsk Qrupunun bu prosesdə iştirakının vacibliyini müdafiə edir və eyni zamanda Cənubi Qafqaz bölgəsinə əlavə diqqət yetirir.