“Naxçıvan və Laçın dəhlizi ilə bağlı işlər bərabər aparılır” - Hülusi Akar

18 dekabr, 2020 10:30

“Naxçıvan və Laçın dəhlizi ilə bağlı işlər bərabər aparılır. Məsələni rəsmi Bakı ilə müzakirəyə çıxarıb həll edəcəyik”.

Azsiyasət.com xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

"Azərbaycan, Rusiya və Ermənistan arasında danışıqlar gedir. Məsələ qarşıdakı günlərdə reallaşacaq”, - nazir bildirib.