Ermənistandan Xankəndinə “qaçqın” adı altında terrorçular gətirilir?

18 dekabr, 2020 10:38

Razi Nurullayev: “Azərbaycan Laçın dəhlizinə Rusiya sülhməramlıları ilə bərabər nəzarət etməlidir”

Ermənilər “köçkün” adı ilə bir ucdan Xankəndinə aparılır. Rusiya tərəfinin məlumatına görə, sayları artıq 40 mini keçib, proses davam edir. Bəs Bakı bu prosesə nəzarət edirmi? Bəlkə Xankəndinə 100 min erməni yerləşdiriləcək bizdən xəbərsiz? Burada qırmızı xətt və filtrlər nə olmalı?

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev musavat.com-a bildirib ki, şübhəsiz Bakı bu prosesi diqqətlə izləyir: 

“Lakin birbaşa nəzarətin olması barədə qəti fikir bildirmək çətindir. Şəxsən mən də bu prosesi izləyirəm və qeyzlənirəm. Çox narahatam ki, Rusiya sülhməramlıları öz səlahiyyətlərinə aid olmayan işlə məşğuldurlar. Rusiya sülhməramlıları faktiki olaraq Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının vəzifəsini üzərinə götürərək, ermənilərin Xankəndinə qaytarılması ilə məşğuldur. Onlar bunu birtərəfli edir. Yəni birmənalı olaraq erməni əsilli şəxsləri Xankəndinə və Qarabağın sülhməramlıların nəzarətində olan digər ərazilərinə köçürürlər. Sülhməramlıların qaçqınları köçürmək kimi səlahiyyəti olmadığı halda onlar bunu edirlər.

Razi Nurullayev

Mən bunu qətiyyətlə qınayıram və doğru saymıram. Azərbaycan tərəfinin sülhməramlılar tərəfindən Laçın dəhlizi ilə Xankəndinə və Qarabağın digər yerlərinə qaytarılan qaçqın kütləsinə birbaşa nəzarət etdiyi düşüncəsində deyiləm. Çünki hazırda dəhlizə Rusiya sülhməramlıları nəzarət edir. Məsələ burasındadır ki, sülhməramlının vəzifəsi gedib Ermənistanın müxtəlif şəhər və kəndlərindən ”qaçqın-köçkün" yığıb gətirib Qarabağda yerləşdirmək, onlara ev tikmək, sement qarışdırmaq, kərpic vermək deyil. Onların missiyası Azərbaycanın suveren ərazisində ermənilərlə azərbaycanlılar arasında baş verən dava-dalaşın, münaqişənin, müxtəlif qarşıdurma hallarının aradan qaldırılması, önlənməsidir".

Deputat qeyd etdi ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı nədənsə bu məsələdə tələsmir: “Birmənalı olaraq BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı qaçqın-köçkün məsələsi ilə məşğul olmalıdır. Bu məsələnin tezləşdirilməsi üçün Azərbaycan müəyyən addımlar atır, onları tələsdirir. Amma nədənsə BMT özü hansısa araşdırmalar aparır və gəlməkdə tələsmir”.

R.Nurullayev vurğuladı ki, Azərbaycan Laçın dəhlizinə Rusiya sülhməramlıları ilə bərabər nəzarət etməlidir. Bu da 10 noyabrda imzalanan üçtərəfli bəyanatda öz əksini tapıb: 

“Azərbaycanın müvafiq silahlı qüvvələrinin nümayəndələri ruslarla bərabər Laçın dəhlizində pasport yoxlaması həyata keçirməlidir, eyni zamanda Azərbaycanın miqrasiya xidməti orada olmalıdır. Biz artıq əmin deyilik ki, Ermənistandan Qarabağa dinc erməni qaçqınlar gətirilir. Bəlkə qaçqın adı altında oraya Ermənistandan terrorçular yerləşdirilir? Rusiya bununla bağlı bizə zəmanət verirmi? Azərbaycanın suveren ərazisində kimin yerləşdirilməsi ilə bağlı qərarı Azərbaycan verməlidir. O baxımdan da bütün bu sadaladğımız məsələlər təcili şəkildə Azərbaycan tərəfindən müzakirəyə çıxarılmalıdır Amma Rusiya buna nə qədər hazırdır, deyə bilmərik. İstənilən halda, bu, bizim qırmızı xəttimiz olmalıdır və bunu da bu şəkildə Rusiyanın nəzərinə çatdırmalıyıq”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"