"Ermənistan silahlı qüvvələrinin 80%-i məhv edilib" - PREZİDENT

18 dekabr, 2020 13:19

“Müharibənin nəticələri məlumdur: Azərbaycan beynəlxalq səviyyədə qəbul edilmiş ərazilərimizin əhəmiyyətli hissəsini işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə çalıb”.

Azsiyasət.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokanfrans formatında keçirilən iclasında deyib.

“Müharibə nəticəsində, bizdə olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin potensialının 80 %-i məhv edilib. Azərbaycan üçün bu, Vətən, azadlıq müharibəsidir, Ermənistan üçün isə işğalçılıq, qəsbkarlıq müharibəsidir”, - dövlət başçısı bildirib.