Avropa İttifaqı Qarabağ müharibəsində əziyyət çəkənlərə yardım etmək istəyir

19 dekabr, 2020 00:29

Belçika Krallığına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə görüşü olub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətləri, o cümlədən ticarət, enerji, nəqliyyat və bağlılıq, sərmayələr, münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni sazişin işlənib hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədə mövcud olan cari vəziyyətdən bəhs edən nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsi, BMT TŞ qətnamələrinin tərəfimizdən icra edilməsi, bu dövr ərzində Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, mülki insanların hədəfə çevrilməsi barədə qarşı tərəfə ətraflı məlumat verib. 10 noyabr tarixli birgə bəyanat və onun icrası ilə bağlı qarşı tərəfi məlumatlandıran nazir, hərbi əməliyyatların dayandırılması ilə bölgədə yaranan yeni təhlükəsizlik çərçivəsi və əməkdaşlıq perspektivlərindən bəhs edib.

Komissar Oliver Varhelyi bölgədə aparılmış hərbi əməliyyatlardan əziyyət çəkən insanlara Aİ-nin yardım etmək istəyini qeyd edib. Humanitar yardımın göstərilməsinin vacib olduğu və Azərbaycan tərəfi əlaqələndirmə çərçivəsində bu yardımın ehtiyacı olan bütün insanlara təqdim edilməsinin zəruriliyi qeyd olunub.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"