Minsk qrupu nə zaman ləğv edilir? - AÇIQLAMA

19 dekabr, 2020 16:57

“Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı da aydın görünürdü ki, daha çox Fransanın cəhdləri qabarıqdır. Fransa bitən Qarabağ münaqişəsindən sonrakı prosesdə yer almaq istəyir”.

Azsiyasət.com xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında ATƏT-in Minsk qrupunun bundan sonrakı fəaliyyətindən danışarkən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev deyib. Sədr qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi bitsə də, Ermənistan və Azərbaycan arasında münaqişə davam edir:

“Ermənilər Azərbaycanın işğaldan azad edilən ərazilərində terror cəhdlərinə əl atırlar. Gizlənnmiş silahlı ermənilərin hücumları, iki ölkə arasındakı sərhədlərin demarkasiyası və erməni tərəfinin əsassız iddiaları davam edir. Ermənistan hələ də çıxış edir ki, qondarma Dağlıq Qarabağa müstəqillik verilməlidir. Bütün bu proseslərdə faktiki olaraq Minsk qrupu kənarda qalıb. Bütün məsələlər Rusiya və Türkiyənin iştirakı ilə həll olunub. 

Hesab edirəm ki, Minsk qrupunn həmsədri kimi formal olaraq iştirak edən Rusiya və Amerikadır. Amerikada indi administrasiya tam formalaşdırılmayıb, fevral ayından fəaliyyətə başlayacaq. Ona görə Fransanın canfəşanlığı daha çox gözə çarpır. Amma bu canfəşanlıq birbaşa Ermənistanı dəstəkləməyə, ermənilərin maraqlarını güdməyə hesablanıb. 

Rusiyalı həmsədrin koronavirusa yoluxması səbəbindən görüşlərdə iştirak etmədiyi diqqətə çatdırıldı. Amma hesab edirəm ki, bu sadəcə görünən tərəfidr. Rusiya istəyir ki, birbaşa özü bu prosesdə iştirak etsin, hətta Türkiyənin də rolu minimuma çatsın”. 

F.Şəfiyevin fikrincə, bütün bu proseslərin fonunda Minsk qrupunun ləğvi çətin məsələdir: 

“ATƏT-də bütün qərarlar konsensus şəklində qəbul olunmalıdır. Mən inanmıram ki, Fransa, ABŞ, Ermənistan bu formatın ləğvinə razı olacaq. Artıq Minsk qrupunun fəaliyyəti formal olaraq qalacaq. Ölkə başçısının “mən sizi çağırmamışam, siz özünüz gəlmisiniz” fikirləri o deməkdir ki, mən sizin fəaliyyətinizdən birincisi, narazıyam, ikincisi bundan sonra heç nə gözləmirəm. Minsk qrupunun bundan sonrakı mandatının nədən ibarət olacağı hələ də aydın deyil. Ermənistan və Azərbaycan arasındakı hər hansı konstruktiv fəaliyyətdən söhbət gedərsə, əlaqələrin bərpasında, iqtisadi əməkdaşlıqda və s. Hansısa vasitəçilikdən söhbət gedə bilər. Amma yaxın gələcək üçün bunlar müzakirə mövzusu deyil. İndi daha vacib hədəflərimiz var. Əsirlərin qalan hissəsinin  mübadiləsi, bütün erməni qalıqların təmizlənməsi, minalardan təmizlənmə və s . gündəmimizdir. Minsk qrupu formal olaraq qalacaq. Amma mahiyyət etibarilə hələ ki, tutarlı işlə məşğul olmayacaqlar”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"