Ramiz Mehdiyevin hakimiyyət daxilində qarışıqlıq yaratmaq istəyi varmı? - Özü açıqladı

29 iyul, 2020 11:54

Azərbyacan hakimiyyətinə qarşı müxtəlif cəbhələrdən həyata keçirilən "hücum" kampaniyasına Ramiz Mehdiyevin rəhbərlik etməsi ilə bağlı səsləndirilən ittihamlar səngimək bilmir. Xüsusilə də, son zamanlar bu  məzmunda olan ittihamların sayı çoxalır, sabiq Administrasiya rəhbərinin hakimiyyət daxilində qarışıqlıq yaratmaq istəməsi ilə bağlı fikirlər səsləndirilir. Məsələ o qədər ciddiləşib ki, hazırda AMEA-nın prezidenti vəzifəsini daşıyan R.Mehdiyev elə rəhbərlik etdiyi həmin qurumun rəsmi saytında öz mövqeyini geniş açıqlama ilə ictimaiyyətə çatdırmaq istəyib. Bununla da o, deyilənləri təkzib etməyə çalışıb.

"Xaricdən səsləndirdikləri radikal ifadələr Azərbaycanda müvafiq kəskin reaksiyaya səbəb olacaqdır”.

"Azsiyasət.com" xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev həmin açıqlamasında deyir: 

R.Mehdiyevin sözlərinə görə, xüsusilə də həmin şəxslərin istefaya göndərilmiş, yaxud başqa vəzifəyə təyin olunmuş şəxslər üzərindən həyata keçirməyə çalışdıqları manipulyasiya cəhdləri təəssüf doğurur:

“Bu cəhdlərin ölkə rəhbərliyi ilə sabiq məmurları üz-üzə qoymaq, anlaşılmazlıq yaratmaq, ixtilaf salmaq, cəmiyyətdə guya iqtidar daxilində dərin ziddiyyətlərin olması haqqında rəy formalaşdırmaq taktikasına söykəndiyi açıq-aşkar görünməkdədir. Azərbaycanın olduqca həssas siyasi mərhələyə qədəm qoyduğu, Ermənistanın təcavüzü və dünya erməniliyinin aqressiv hücumları ilə üzləşdiyi, pandemiyanın fəsadları ilə mübarizə apardığı bir vaxtda ictimai rəyi belə bir formada çaşdırmaq və parçalamaq dövlətçilik maraqları nöqteyi-nəzərindən qətiyyən yolverilməzdir. Belə hərəkətlər ölkəmizin taleyi baxımından da olduqca təhlükəlidir. Mən bu cür mübarizə yolunu seçənləri bir daha öz fəaliyyətlərini nəzərdən keçirməyə, cəmiyyətimizin və dövlətimizin həyati mənafelərini nəzərə almağa çağırıram. Onlar nəzərə almalıdırlar ki, xaricdən səsləndirdikləri radikal ifadələr Azərbaycanda müvafiq kəskin reaksiyaya səbəb olacaqdır”.

Akademik R.Mehdiyev daha sonra qeyd edir: 
 

“Şəxsən öz adımdan bir daha bəyan etmək istəyirəm ki, siyasi əqidə məsələsi mənim üçün qumar daşı deyil və mən ömrüm boyu xidmət etdiyim yoldan hansı vəzifəni tutmağımdan asılı olmayaraq bir an belə olsun dönməmişəm. Heç zaman daşıyıcısı olduğum əqidənin doğruluğuna dair tərəddüd hissi keçirməmişəm. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ideallarının ölkəmizin sabitliyi, rifahı və inkişafı üçün ən düzgün siyasi seçim olduğuna daim əmin olmuşam. Bu yolda Heydər Əliyevin və Prezident İlham Əliyevin sadiq silahdaşı olaraq uzun illər fəaliyyət göstərmişəm və bundan sonra da göstərməyə davam edəcəyəm. Mənim dövlət başçısına bağlılığım mənəviyyat və dövlətçilik məsələsidir. Burada şəxsi mənafedən və cılız maraqlardan söhbət belə gedə bilməz. Öz çıxışlarında tənqid ədəbini asanlıqla tapdalayanlar unutmamalıdırlar ki, Prezident dövlətin rəhbəri, ölkənin suverenliyinin rəmzidir. Danılmaz həqiqətdir ki, İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük tərəqqi yolu qət etmiş, onun beynəlxalq nüfuzu güclənmişdir. Bu hər bir azərbaycanlıda haqlı qürur hissi doğurur. Xaricdə Azərbaycan dövlətinin xoşagəlməz şəkildə təqdimatı özünü azərbaycanlı hesab edən heç kəsə başucalığı gətirə bilməz. Hal-hazırkı siyasi şəraitdə bizim hər birimizin yalnız bir düşməni var – işğalçı Ermənistan! Bütün enerjimiz və gücümüz bu düşmənlə mübarizəyə yönəldilməlidir. Tariximiz də onu göstərir ki, xarici təhlükələri unudub, daxili mübarizəyə aludə olduğumuz bütün dövrlərdə biz böyük itkilərlə və məğlubiyyətlərlə qarşılaşmışıq. Keçmişin faciələrindən ibrət almaq və ölkə başçısının ətrafında sıx birləşmək bizim Vətən qarşısındakı borcumuz və mənəvi məsuliyyətimizdir!”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"