Rusiya Qarabağ müharibəsindən nəticə çıxarıb PUA-larla silahlanacaq
21 dekabr, 2020 00:18
Rusiya Federasiyasının Baş nazirinin müavini Yuri Borisov "RBC"-ya müsahibəsində Qarabağ müharibəsindən də söz açıb.
O bildirib ki, bu müharibə PUA-ların necə önəmli yenilik olduğunu nümayiş etdirdi.
Borisov qeyd edib ki, Rusiyanın 2033-cü ilə qədər silahlanma proqramında PUA-lar xüsusi yer tutacaq.