Azərbaycanın iki müttəfiqi arasında gərgin münasibətlər yumşalır - Türkiyə və İsrail Bayden dövrünə hazırlaşır...

23 dekabr, 2020 11:52

Azərbaycanın iki mühüm müttəfiqi və strateji tərəfdaşı Türkiyə ilə İsrail arasında neçə vaxtdır davam edən gərgin münasibətlər yumşalır. Azsiyasət.com “Amerikanın səsi”nin türk xidmətinə istinadən xəbər verir ki, tərəflər münasibətləri normallaşdırmaq üçün ilkin addımlar atmağa hazırlaşırlar. Belə ki, İsrail və Türkiyə arasında pozulmuş diplomatik münasibətlərin 2021-ci ilin mart ayına qədər bərpa ediləcəyi gözlənilir. Diplomatik münasibətlər 2017-ci ildə Türkiyənin İsraildəki səfirini geri çağırması ilə pozulmuşdu.

Türkiyə prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Mesut Hakkı Çaşın bildirib ki, İsrail münasibətləri normallaşdırmaq istiqamətində bir addım atarsa Ankara buna iki addım atmaqla cavab verəcək. O, konstruktiv yanaşmalar ortaya qoyularsa diplomatik münasibətlərin mart ayına qədər normallaşa biləcəyini deyib. Mesut Hakkı Çaşın “Mavi Mərmərə” hadisəsinin (2010-cu ildə Fələstinə yardım aparan Türkiyə gəmisinə İsrail təhlükəsizlik qüvvələrinin basqını,-red.) ardınca Türkiyə və İsrail arasında bir daha başqa bir qəzanın yaşanmasını istəmədiyini, iki ölkə arasındakı münasibətlərin  və təhlükəsizliin son dərəcədə önəmli olduğunu vurğulayıb.

“Mavi Mərmərə” gəmisinə basqın və 9 Türkiyə vətəndaşının öldürülməsi Türkiyə ilə İsrail arasında münasibətlərin korlanmasının əsas səbəblərindən biri hesab edilir. Həmin hadisədən sonra iki ölkə arasında bir vaxtlar yaxın strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlər xeyli dərəcədə pozulub və ABŞ-ın İsrail-Türkiyə münasibətlərini normallaşdırmaq üçün göstərdiyi bütün cəhdlər nəticəsiz qalmışdı.

Daha sonra ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması və İsrail təhlükəsizlik qüvvələrinin fələstinli etirazçılara qarşı ifrat güc tətbiq etməsi iki ölkə arasında diplomatik münasibətlərin pozulmasına gətirib çıxardı. Tərəflər qarşılıqlı olaraq səfirlərini geri çağırdılar.

Lakin Mesut Hakkı Çaşın deyir ki, ABŞ-da Cozef Baydenin prezident seçilməsi İsraillə Türkiyə arasında münasibətlər baxımından yeni perspektivlər açır və “çox şeyi dəyişdirə bilər”.

Türkiyə-İsrail münasibətləri mövzusunda mütəxəssislərdən olan Selin Nasi hesab edir ki, Bayden administrasiyası demokratiya və insan haqları məsələsinə daha çox önəm verəcək. Nəticədə Türkiyə ABŞ-la münasibətlərini yaxşılaşdırmaq üçün daha konstruktiv davranacaq. Ekspertin fikrincə ABŞ Konqresindəki Türkiyə əleydarı qrupların təsirini Ankara İsraillə münasibətlərini normallaşdırmaqla zəiflədə bilər. Bu məsələdə Vaşinqtonun da vasitəçiliyi mümkündür.

Selin Nasi qeyd edir ki, Türkiyə və İsrail Ermənistanla Azərbaycan arasında Qarabağda gedən son müharibədə ortaq zəmində yer alıb. İsrail və Türkiyənin istehsalı olan pilotsuz təyyarələr və zərbə dronları Azərbaycan ordusunun qazandığı qələbədə mühüm rol oynayıb.  Habelə Türkiyə və İsrail Azərbaycanı “həyati əhəmiyyətli kəşfiyyat məlumatları” ilə təmin ediblər.

Selin Nasi İsrailin Türkiyə ilə münasibətlərini normallaşdırmaq baxımından motivasiyasının nə dərəcədə güclü olduğunu təxmin etməyin çətin olduğunu deyir. Amma iki ölkənin Yaxın Şərqdəki ortaq maraqlarına diqqəti cəlb edir, xüsusən də İranın regiondakı təsirinə qarşı onların birgə hərəkət etmək marağının olduğunu vurğulayır. Ekspert qeyd edir ki, İsrail son vaxtlar regionun müsəlman ölkələri ilə diplomatik əlaqlər qurur və bu baxımdan Türkiyə ilə münasibətlərin normallaşması onun beynəlxalq imicini daha da yaxşılaşdıracaq.

Türkiyə prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Mesut Hakkı Çaşın isə deyir ki, Ankara ilə münasibətləri normallaşdırmaqdan İsrailin qazancı böyük ola bilər. Türkiyə İsraildən çoxlu miqdarda silah alırdı və münasibətlər normallaşsa bu ticarət yenidən başlaya, habelə iki ölkə hərbi texnologiyalar məsələsində birgə irəliləyə bilərdi. İsraillə Türkiyə arasında digər önəmli mövzunun da neft və qaz olduğunu vurğulayan Çaşın hesab edir ki, İsrail yeni kəşf etdiyi qaz yataqlarından təbii qazın Türkiyə üzərindən Avropaya ixracını da həyata keçirə bilər.

Qeyd edək ki, Türkiyə ilə İsrail arasında gərginliyin aradan qalxmasının və münasibətlərin normallaşmasının Azərbaycan üçün də mühüm geosiyasi əhəmiyyəti var. Azərbaycan iki yaxın müttəfiqinin və tərəfdaşının normal münasibətlərə malik olmasından ancaq qazana bilərdi. Çünki bu, Azərbaycanın regiondakı mövqelərini daha da gücləndirəcək.

Virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"