İrəvanın Tehrana zərbəsi və “şiə qardaş”ın cavabı... - Əziz Əlibəyli şərh edir

29 iyul, 2020 16:38

İranın Yaxın Şərqdəki vuran qolu, şiələrin obrazlaşdırıb qəhrəmana çevirdiyi Süleymaninin öldürülməsindən sonra Ermənistanın Baş naziri Paşinyanın Trampa yazdığı rüsvayçı başsağlığı mesajı (baxmayaraq ki, sonra təkzib edildi – red.) fəsini qaldırıb, Şimala tərəf isti Tehrandan baxan molla hakimiyyətini şoka saldı.


Düşünün ki, İranın keçmiş xarici işlər naziri, 1981-ci ildən – etibarən 16 il bu vəzifəni icra eləmiş, Yaqub Məmmədovlu Azərbaycan nümayəndə heyətinin Tehrana səfərini və erməni siyasətçilərlə görüşünü, padnosda Şuşanın işğalı ilə süsləyən, bundan sonra bir daha İrəvanla Bakı arasına daxil ola bilməyən siyasətin dizyaneri Vilayəti ilə artıq 40 ildir ki, "Qum”lu havalar bizədə yalnız tepmeraturun artmasına xidmət etməkdədir.


Elə bu olaydan sonra İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü, deputat Hüseyn Nəqəvi Hüseyni diplomatik kuluarlarda bar-bar bağıraraq, deyirdi ki, "Ermənistan rəhbərliyinin şəhid Qasım Süleymanini "terrorçu" adlandırması rüsvayçılıqdır. Ermənistan bu addımı ilə çətin anlarında daim onu dəstəkləyən İranın belinə xəncər sancmış oldu. Ermənistan öz səhvini başa düşmürsə, biz də Azərbaycana işğal altında olan torpaqlarının azad olunması ilə bağlı haqq mübarizəsində dəstək verməliyik. Nəhayət dostumuzla düşmənlərimizi tanımalıyıq. İndiyədək İran bu dəstəyi yalnız Ermənistana göstərib. Ancaq zaman göstərdi ki, bu səhv qərar olub. Ermənistan İrana xəyanət etməklə öz tərəfini seçdi. Artıq biz də öz seçimimizi etməliyik..."
Müqayisə edin, islam qardaşlığı doğrudanmı qardaşlıqdır ki, qanımızdan, canımızdan, dinimizdən olmayan ukraynkaların sosial şəbəkələrin rus seqmentində ermənilərə - eyi xaçdan olanlara divan tutmaları fonunda, eyni salavatı, eyni qibləyə çevirib, eyni möhürə alın basanlarımız Böyük Azərbaycanın paytaxtı Təbrizdə, Tehrandakı (hansı ki, əhalisinin əksəriyyəti türklərdir –red.) erməni səfirliyi qarşısında "Qarabağ” yürüşü keçirən soydaşlarımıza ETTELLAT zor tətbiq edir, döyür, işgəncələr verir və "Qarabağ” dediyinə görə eyni müsibəti Xocalıda da, Tehranda da yaşayan biz oluruq.


Bəs, o zaman necə olur ki, telefonun selfi kamerası əlindən düşməyən Paşik məhz Xocalı soyqırımı günü İranda, İsfəhanda qondarma DQR-in bayrağını açır, Xamenei və Ruhani ilə isti-isti görüşür. Yaxşı, bəs siz bizim ərazi bütövlüyümüzü dəstəkləyirdiniz? Yaxud da İİR 40 illiyi münasibətilə nitq icad edən Ruhani tarix açaraq deyir ki, "bizim millət yaxşı bilir ki, son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi xain Qacar şahları dövründə ölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar”.
Adam belə yerdə istəyir ki, bizim olan İranı farslara qapdıran savadsız tarixçiləri tarixin divarlarına söykəyib edam edə. Adam belə yerdə istəyir ki, Ərdoğan kimi sarayının hər pilləkanından qalxdıqca, sürahi boyunca Qacarın, Əfşarın, Xətayinin, Abbasın şəklini assın və hər birinin qənşərindən keçdikcə soruşsun - Niyə?..
Və soruşsun ki, İran haradır, kimindir, tarixdə İran nə deməkdir?


Hər il aprelin 24-də dünya erməniləri bayraqlarını yarıya sallayaraq, olmayan soyqırımı üçün tədbirlər keçirir, statistika yolu ilə öləndən sonra saylarını milyonlarla artırır, bütün imkanlardan faydalanaraq dünyaya türk nifrəti göstərir, aşılayır və qəhr edilmiş balaca, yazıq, xristian, hər tərəfi müsəlman cildinə girir, bu saxta göz yaşlarının bir adresi də 40 milyon türkün yaşadığı İran – bizim İran, bizim tarixi ölkəmiz olur.
Hər il bu saxta günü qeyd etmək üçün İran rejimi şərait yaradır, onlara saxta görüntüləri üçün imkan verir, amma düşünürsən...
Kiçik Buşun dövlət katibi vardı Kondoliza Rays – 2005-ci il boyunca bütün səfərlərinin arxa planında İrana qarşı qurudan hərbi əməliyyatları başlamaq dayanırdı.
İsrail bütün hərbi potensialını ortaya qoymuş, kəşfiyyat resurslarını Buşehr üzrində, Bəndər - Abbasda iz tapmaq üçün səfərbər etmiş, İraq və Əfqanıstana yığılmış 150 min ABŞ əsgərinin riyazi olaraq sayı artırılır, Tomoqavkların səsi eşidilməmiş Tehran Parisə (Paris Xomeyniyə ev sahibliyi etmiş və İİİ-ni həyata keçirən iki ölkədən biridir – red.) qaçaraq razılaşma imzalamışdılar ki, Uranium zənginləşdirməkdən vaz keçirik.
Dahası da var:
"Eşşəklər”in hakimiyyəti ilə Obama sanksiyalarla razılaşmadı, artıq Pax Americanamı deyək, yoxsa Hammer üzərində Obama başı deyək...
Türkiyə Prezidenti Ərdoğanın İranla sərhədi qeyri-qanuni açaraq, Tehranın "maliyyə exchange” rolunu oynaması və daha sonra yaddaşlarda məşhur müəğnni Əbru Gündeşin əri kimi yadda qalan Rza Zərrab, ya da "Halkbank” olayları ilə faktiki Türkiyə sanksiyaları dələrək İranı xilas etdi.
Siz bilirsizmi ki, eyni vəziyyətdə, eyni vacib rolu Azərbaycan da oynadı. Ərazisinə ikinci bir gücü buraxmamaqla, hər cür əməkdaşlıq imkanına, dəstəyə rəğmən, bloklara qoşulmamaq adı ilə Azərbaycan ərazisindən İrana qarşı hərbi məqsədlərlə istifadəni birdəfəlik qapatdı.


Bu, adi bir hərəkət deyildi ki...
İranın xilası idi, onun qorunması idi, çünki... səbəblər yüzlərlədir.
İran təəssüf ki, bölgəyə yönəlik siyasətini fars imperializmi xislətinə gizlətmiş şiə ideologiyası altında aparır. Etnik –dini zəmində yanaşır bütün siyasətini. Amma bu Bakıya qarşı belə, İrəvana qarşı isə ayrı formada cərəyan edir. Bundan ən çox İran xalqı zərər görür. Çünki həm də basqı altında qalır.
Amma onlara Türkiyə və Pakistanı nümunə çəksək yetərmi, bilmirəm.
İran bizim İsraillə münasibətlərimizə qarşıdır. İsrail bizə İrana görə yox, Ermənistana görə lazımdır.
İsrail elə neft kəmərlərinə görə İrana da lazımdır. Çünki bizim kəmərlərə İran qoşulsa, daha çox gəlir əldə edə bilər ki, bu halda Şimali Azərbaycanın və İranın Şimalındakı daxili Azərbaycan inkişaf edərdi ki...
İranın bölgədəki varlığına Rusiya son qoydu, ola bilər ki, Şuşanın işğalından sonra və ATƏT MQ-dakı sədrliklə RUSİYA təkcə Türkiyəni yox, İranı da bölgədən qovaraq, münaqişəni də monopoliyaya aldı. Bundan da İran itirdi ki, bu gün Rusiya əleyhinə Azərbaycanın yanında yer almaq onun daha yararına ola bilərdi.
Və...
İranda Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində təxribat törətməsinə etiraz edən 15 azərbaycanlı həbs edilib. Həbs edilənlərə polis işgəncə verib.
O halda farsların məşhur məsəli yada düşür: "Xər həmin xər əst, çulu digər əst”.


Əziz Əlibəyli
BM üzrə siyasi şərhçi