Yerevanda polis aksiyaçılara zor tətbiq edir - VİDEO

24 dekabr, 2020 13:52

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyası zamanı toqquşma baş verib.

Azsiyasət.com xəbər verir ki, hökumət maşınları etirazçıların üzərinə hərəkət edib. Etirazçılar maşınlara qartopu atıb.

Aksiya zamanı saxlananların olduğu deyilir. Polislər aksiya iştirakçılarının qarşısını zor tətbiq etməklə alır. Müxalifət nümayəndələri aksiyanın gün ərzində davam edəcəyini deyib.