Paşinyan niyə erkən parlament seçkilərinə gedir? - ŞƏRH

26 dekabr, 2020 01:55

“Ermənistanın baş naziri Nikol Paşinyan gələn il erkən parlament seçkilərinə qərar verib. Onun başqa alternativi yox idi. O məğlub ölkənin baş nazir kimi vəziyyətdən çıxış yolu tapmalıydı”.

Azsiyasət.com xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu sosial şəbəkələrdəki paylaşımında yazıb. O, Ermənistanda yaranmış vəziyyəti şərh edib.

Onun sözlərinə görə, müxalifət nə parlamentdə, nə də küçədə Paşinyanı istefaya məcbur edə bildi:

“Bu baxımdan Paşinyan son statusunda ölkə vətəndaşlarının müxalifətin istefası tələbini dəstəkləmədiyini qeyd etməkdə haqlıdır. Müxalifət meydanlara 5-6 mindən çox insan toplaya bilmədi. Bəs onda Paşinyan erkən parlament seçkilərinə niyə ehtiyac duydu? Görünür, Paşinyan müxalifətdən güclü olduğunu bilsə də, güc strukturlarının mümkün itaətsizliyindən və güc yoluyla çevriliş ssenarisindən çəkinir. Ona görə də seçkilərə gedir”.

E.Şahinoğlunun fikrincə, 3 ssenari mümkündür:

“Birinci ssenari odur ki, Paşinyanın partiyası seçki nəticəsinə görə yenə birinci partiya olur və o yenidən baş nazir seçilir.

İkincisi ssenari odur ki, onun partiyası üstünlük qazansa da, koalisyon hökumət qurulur və baş nazir bir başqası olur, ancaq Paşinyanın tərəfdarlarının səsi hökumətin qurulması üçün həlledici olur.

Üçüncü ssenarisi odur ki, Paşinyanın partiyası az səslə parlamentdə müxalifətə keçir”.

Politoloq deyir ki, hər 3 variant Paşinyan üçün keçərlidir.

“Paşinyan erkən parlament seçkisinin nəticəsinə görə, baş nazir kürsüsünü qorusa, bu, baş naziri çarmıxa çəkmək istəyən Ermənistan müxalifətinə dəhşətli zərbə olacaq. Belə çıxacaq ki, Ermənistan vətəndaşları müharibənin ağır nəticəsinə və kapitulyasiya aktına görə Paşinyanı günahkar saymır və Azərbaycanın qələbəsini həzm etməyə hazırdır. Paşinyan müxalifətdə də özünü diskomfort hiss etməyəcək. Bu gün onu devirmək istəyənlərin cəminin reytinqi Paşinyanın reytinqindən üstün deyil”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"