İsrail-Azərbaycan-Türkiyə: YENİ DÜZƏN...

27 dekabr, 2020 11:56

Ermənilərin ən böyük problemlərindən biri yəhudilərlə bağlıdır. Çünki yəhudi lobbisi və dövləti Azərbaycanın yanında yer alır. Ermənistan İsrailin Azərbaycana dəstəyini azaltmaq üçün hətta İranın təzyiqlərinə məhəl qoymadı və orada səfirlik açdı. Ancaq bu addım da İsrailin Azərbaycana münasibətində elə bir dəyişiklik yaratmadı. 44 günlük savaş zamanı isə İsrail həmişə olduğundan daha çox Azərbaycana arxa durdu. Bəli, Türkiyə və İsrail Azərbaycanın strateji müttəfiqidir. Biz dövlət olaraq məhz strateji müttəfiqlərimizin əvəzsiz köməyi hesabına Dağlıq Qarabağ savaşından qalib çıxdıq.

Təəssüf ki, Türkiyə ilə İsrail arasındakı münasibətlərin xoş əyyamı tarixə qovuşub. Son illərdə bu münasibətlər mütəmadi şəkildə gərginləşib. Amma bu gərginlik sürətlə arxa plana keçməkdədir. Bu ölkələr arasında müsbət dinamikada inkişaf müşahidə edilir və bu, hər iki dövlətin rəhbərliyi səviyyəsində etiraf olunur. O da sirr deyil ki, İsrail-Türkiyə münasibətlərinin yaxşılaşmasında Azərbaycan rəhbərliyi müstəsna rol oynayır.

Azərbaycanın milli maraqları Türkiyə ilə İsrailin dost münasibətdə olmasını tələb edir. Onu da unutmaq olmaz ki, son illərdə Səudiyyə Ərəbistanı başda olmaqla bir çox ərəb ölkəsi İsrail ilə anlaşıb. Hətta İsrailə dəstək amacı ilə İrana qarşı “ərəb NATO-su yaradıb”. Nədən Türkiyə ərəblərdən daha çox ərəb olmalıdır ki?

Rəsmi Bakı zamanın çağırışına cavab verməkdə qərarlı görünür. Bu məsələnin həyati əhəmiyyətini daha yaxşı təsəvvür etmək üçün bəzi faktlara nəzər salaq.

Birləşmiş Millətlər Təşkilatının o zamankı baş katibi Kofi Annan 2002-ci ildəki çıxışında belə demişdi: “Bütün dünya işğal olunmuş Fələstin torpaqlarından İsrailin geri çəkilməsini tələb edir. Düşünmürəm ki, bütün dünya yanılsın”.

Aydındır ki, baş katib arzu olunanı reallıq kimi qələmə vermişdi. Ən azı ona görə ki, ABŞ bütün səviyyələrdə, bəzən hətta öz dövlət maraqlarına qarşı çıxaraq İsraili müdafiə edib. Yəhudi dövləti yaranandan Amerika bu ölkəyə hərbi, siyasi və iqtisadi dəstək verib. Üstəlik, hər il rəsmi Vaşinqton İsrailə 3 milyard dollar həcmində birbaşa yardım edir.

Niyə? Bu suala Cənubi Afrikanın məşhur din xadimi, Nobel Sülh mükafatı laureatı olan Desmond Tutu dəqiq cavab verib. Bostonda auditoriyaya müraciət edən qaradərili xristian lider deyib: “Mən İsrailin tənqidi ilə bağlı nəsə deyən kimi, həmən yəhudi dövləti məni antisemitizmdə ittiham edir. Bu ölkənin (Amerika) insanları yanlışa yanlış deməkdən qorxurlar, çünki burada yəhudi lobbisi güclüdür, çox güclüdür”. 

Yəhudi əsilli siyasi elmlər üzrə professor Benjamin Ginsverg yazır: “1960-cı ildən yəhudilər Amerika iqtisadiyyatı, mədəniyyəti, intellektual həyatı və siyasətində əhəmiyyətli təsir imkanı qazandı”. Bu gün Amerika əhalisinin (330 milyon nəfər. E.H.) 2 faizə qədəri yəhudidir. Buna rəğmən Amerika milyarderlərinin yarısı yəhudi əsillidir. 3 nəhəng televiziya şəbəkəsi, 4 film istehsal edən studiya, o cümlədən Hollivud, media zəncirləri, sosial şəbəkələr, “The Nyu York Times” kimi nüfuzlu qəzeti yəhudilərə ciddi təsir imkanları verir”. Jurnalistika ilə bağlı daha bir önəmli məqam: ABŞ-ın ən nüfuzlu jurnalistlərinin 25 faizi yəhudilərdən ibarətdir. Son 30 ildə ABŞ-da intellektual kimi tanınan 200 nəfərin 50 faizindən çoxu yəhudi kökənlidir. Məşhur universitetlərdə çalışan professorlarının 20 faizi, Nyu York və Vaşinqton kimi şəhərlərdəki aparıcı hüquq şirkətlərinin 40 faizi... bu siyahını xeyli uzatmaq olar.

“The Jerusalem Post” 2007-ci ildə ABŞ-da 1913-cü ildən çap olunan “Vanity Fair” jurnalında getmiş bir sorğudan bəhs etmişdi. Jurnal dünyada baş verən proseslərə ciddi təsir imkanında olan 100 nəfərin siyahısın yaymışdı. Yəhudi qəzeti isə araşdırıb üzə çıxarmışdı ki, siyahıda yer alan şəxslərin 50 faizdən çoxu yəhudidir.

Bir önəmli məqamı da deyim. ABŞ evangelist kilsəyə bağlı dövlətdir. Təsadüfi deyil ki, Amerikanı evangelistlərin imperiyası adlandırırlar. Evangelistlər isə dini doqmalara istinadən həmişə yəhudiləri müdafiə edirlər. Ona görə də ABŞ-dakı xristianlar da yəhudilərin və müvafiq olaraq İsrailin müdafiəsində ön sırada yer alırlar. Bir faktı deyək: ABŞ-da fəaliyyət göstərən “Christians United for Israel” (İsrailin müdafiəsi üçün birləşən xristianlar) təşkilatının 7 milyon nəfər üzvü var. Müqayisə üçün deyim ki, heç İsraildə bu qədər yəhudi yaşamır...

O da məlumdur ki, əksər Avropa ölkələrində, xüsusən Böyük Britaniyada da yəhudilər ciddi təsir imkanlarına malikdir. Yəni kürəsəl səviyyədə böyük bir güc mərkəzi ilə Türkiyənin və Azərbaycanın xoş münasibətdə olması gərəkdir. Şübhəsiz ki, Azərbaycanın Türkiyə-İsrail münasibətlərini yeni mərhələyə daxil etmək cəhdi Ermənistan tərəfindən də izlənilir. Düşmən ciddi şəkildə narahatdır. Bədnam qonşumuz bu yaxınlaşmanın qarşısını almağa çalışır. İsrail-Azərbaycan-Türkiyə üçbucağı Ermənistan üçün Bermud üçbucağına çevrilə bilər. Birliyinin yaranması üçün atılan addımlar Ermənistan üçün kabus effekti doğurur.

Bu baxımdan “washingtonexaminer.com” saytında gedən “Azerbaijan’s cynical approach to Jews is demeaning to all” (Azərbaycanın yəhudilərə kinayəli (sinik) yanaşması hamını alçaldır) adlı məqalə xarakterik hesab oluna bilər.

Məqalənin müəllifi Michael Rubin yazır ki, payızda baş verən Dağlıq Qarabağ müharibəsi fonunda Vaşinqtonda başqa bir döyüş başlayıb: Amerika yəhudilərini öz məqsədlərinə uyğunlaşdırmaq istəyən qarşıdurma tərəfdarları iddia edirlər ki, Azərbaycanda hər kəsə qarşı tolerant olan maarifçi cəmiyyət mövcuddur, Ermənistan isə Adolf Hitleri dəstəkləyən qatı antisemit bir ölkədir.

Müəllif sübut etməyə çalışır ki, bu, qətiyyən belə deyil.

O, bu yazıda ortada olan reallıqları baş-ayaq göstərməklə oxucularda yanlış təsəvvür yaratmağa çalışır. Dəfələrlə İsrail mediasında Azərbaycanla bağlı məqalələr gedib. Onlar heyranlıqla vurğulayıblar ki, Azərbaycanda yəhudilərə olan münasibət ABŞ, Fransa, Almaniya kimi ölkələrdən qat-qat yaxşıdır. Bakıda olan sinaqoqların sayı, yəhudilərin paytaxta milli paltarda gəzməsi ağlasığmaz bir reallıq kimi təqdim olunub. Tarix göstərir ki, türklərlə yəhudilərin yüz illərin sınağından çıxmış münasibətləri möhkəm özüllər üzərində dayanıb. Heç də təsadüfi deyil ki, Orta Asiyadakı türk dövlətlərində də yəhudilərə xoş münasibət var. Ona görə də erməni diasporunun sifarişi ilə yazılmış bu kimi məqalələr proseslərin gedişinə nəzərəçarpacaq təsir göstərə bilməz.

Azərbaycan strateji müttəfiqi olan Türkiyə və İsrailin xoş münasibətdə olmasını təmin etməkdə qərarlıdır. Əminəm ki, yaxın gələcəkdə bu səylərin ciddi nəticələri fakt olaraq ortada olacaq.

P.S Bizim coğrafiyada yerləşən bütün ölkələr-Türkiyə, İran, Gürcüstan, Rusiya etnik baxımdan son dərəcə zəngin ölkələrdir. Azərbaycan da istisna deyil. İstisna olan yalnız Ermənistandır. Orada əhalinin 99,9 faizi ermənidir. Rəsmi İrəvan Azərbaycanda yaşayan etnik azlıqlardan istifadə etmək üçün min oyundan çıxdı. İkinci Qarabağ Savaşında etnik kimliyindən asılı olmayaraq bütün Azərbaycan oğulları çiyin-çiyinə dayandı və erməni işğalına qarşı başlamış Vətən müharibəsindən qalib çıxdılar. Yəni, Azərbaycanın etnik zənginliyi bizim zəifliyimiz yox, güclü tərəfimiz olaraq özünü bir daha təsdiq etdi. Ermənilər bununla hələ də barışa bilmirlər. İndi də yəhudilərlə bağlı belə uydurmalarla beynəlxalq ictimai rəyi çaşdırmaq yolunu tutublar. Amma qatar çoxdan gedib. Birinci Qarabağ savaşında şəhid olan yəhudi əsilli Milli Qəhrəmanımız Albert Aqarunovun yolunu gedən yəhudi əsilli vətəndaşlarımız bu dəfə də ön cəbhədə düşmənlə döyüşürdü. Bunu dünya yəhudiləri də bilir, biz də. 

musavat.com

19 dekabr

09:54 - Avropa İttifaqı Ukraynaya 90 milyard avro ayırdı 09:52 - Neft məhsullarının Ermənistana daşıyan qatar Qazaxdan yola salındı09:49 - Neft yenə 60 dollardan aşağı düşdü

16 dekabr

14:17 - Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir - AÇIQLAMA14:14 - Abbas Abbasov axtarışa verildi - "Mehdiyev işi"14:12 - Müharibə əlilləri və şəhid ailələri - Bu rüsumdan azad edilir

15 dekabr

16:19 - THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb, ödəniş etməyib16:16 - Ukrayna-ABŞ danışıqlarının ikinci raundu başladı16:12 - İrəvan Brüsselə üz tutdu - Parlament seçkiləri ərəfəsində "xarici müdaxilə" həyəcanı16:11 - Azərbaycanda idxal-ixrac və tranzit də rəqəmsallaşır 16:04 - Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq

12 dekabr

19:55 - "Veysəloğlu" Şirkətlər Qrupu Fəxri Xiyabanda Ümummilli Liderin məzarını zyarət edib - FOTOLAR

09 dekabr

18:52 - AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü 18:45 - "Ukraynada prezident seçkilərinin vaxtı çatıb" - Tramp18:40 - Veysəloğlu Şirkətlər Qrupu "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabının təqdimatında iştirak edib - FOTOLAR

08 dekabr

12:05 - Azərbaycanlı milyarderin işində gizli şahid ortaya çıxdı12:02 - İlham Əliyev iranlı naziri qəbul etdi 12:00 - Rusiya ordusu sürətlə irəliləyir... - "Telegraph"

02 dekabr

13:17 - Zelenski istefa verir? 13:12 - Quru sərhədlərin açılması məsələsi gündəmə gəldi13:10 - Rusiya Pokrovsk və Vovçanska nəzarəti ələ keçirdi

01 dekabr

11:48 - Regionda ən bahalı mobil telefon tarifləri Azərbaycandadır - "Numbeo" 11:46 - Azərbaycanla həmsərhəd ərazidə ŞƏT-in təlimləri başlayır11:43 - Əli Kərimli hansı maddə ilə ittiham edilir?

27 noyabr

14:23 - İlham Əliyev mineral daş yunu zavodunun açılışında...14:20 - "Rusiyanın raket gücü Qərbi Ukrayna üzrə sülhə razı saldı" - "The New York Times" 14:18 - "ABŞ-nin sülh planının əsas məqamları razılaşdırılıb, top Ukrayna tərəfdədir" - Lukaşenko14:15 - Deputatın oğlu bu dəfə 31 milyonluq tender qazandı

24 noyabr

10:21 - Putin Trampın "Sülh Planı"na münasibət bidirdi10:19 - İran Azərbaycanın tankerini saxlayıb?