Türkiyə, Azərbaycan və Pakistan arasında hərbi ittifaq yaratmaq mümkündürmü? – Politoloq şərh edir

30 iyul, 2020 12:20

Türkiyə və Pakistan dövlətləri həmişə Azərbaycanın yanında olublar. Hər iki dövlət Azərbaycana hər cür vasitələrlə yardım edə biləcəyini dəfələrlə bəyan edib. Cəbhədəki son döyüşlərdən sonra da Türkiyə və Pakistan Azərbyacana açıq dəstək verdilər və hazırda Türkiyə hərbçiləri Azərbaycandadır. Bəs Azərbaycan, Türkiyə və Pakistan arasında hərbi-siyasi ittifaq yaratmaq mümkündürmü? Ümumiyyətlə, bu nə dərəcədə rela görünür? 

Məsələ ilə bağlı "Azsiyasət.com” saytına açıqlama verən politoloq Qabil Hüseynli bildirdi ki, hər 3 dövlət arasında belə bir hərbi-siyasi ittifaq yaratmaq mümkündür: “Sadəcə olaraq, bu istiqamtdə ciddi iş aparmaq və bu məsələni aktullaşdırmaq lazımdır. Təkcə 3 dövlət yox, məsələn, Şimali Kipr Türk Cumhurriyyətini yaradılacaq ittifaqa üzv etmək olar. Yaxşı olardı ki, daha ciddi və güc mərkəzi kimi qavranılması üçün orada ən azı 5 dövlət olsun”.

“Belə bir ittifaq yaranarsa, türk dövlətlərinin həmin ittifaqda təmsil olunması mümkündürmü?” sualına Q.Hüseynli belə cavab verdi:

“Türk dövlətləri içərisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (MTMT) kənarda qalan tək Özbəkistandır, o da Rusiyaya meyllidir. Onlar Rusiyanın tam təsirindən çıxa bilməyiblər, hələ də Rusiya qorxusunu hiss edirlər”.

Q.Hüseynli daha sonra qeyd edib ki, Pakistan canı, qanı ilə həmişə Azərbaycanın yanında olub:

“Tovuz hadisələri zamanı da, ondan əvvəl də, bütün məsələlərdə “Azərbaycanı hər cür vasitələrlə müdafiə etməyə hazırıq” deyib. Bu münasibətləri artıq hərbi sazişə çevirmək lazımdır. Azərbaycanın ərafında onu müdafiə edən dövlətlərin bir həlqəsinin yaradılması üçün böyük imkanlarımız mövcuddur. Bu imkanların reallaşdırılması istiqamətində gərgin, diplomatik və siyasi işlərin aparılması tələb olunur. Azərbaycan syasi rəhbərliyinin bununla bağlı müəyyən fikirləri olmalıdır. Sadəcə olaraq, bu fikirləri reallığa çevirmək üçün düzgün iş aparılmalıdır”.

“Bəs Rusiyanın reaksiyası necə olacaq?” sualına cavabında Q.Hüseynli qeyd edib ki,

“Məncə, Rusiyanın reaksiyasından keçib. Rusiya üçün ən arzuedilməz vəziyyət Türkiyənin Azərbaycanı indiki şəkildə - hərbi-siyasi ittifaq yaradılması şəklində dəstəkləməsi idi. Rusiya nə qədər nüvə silahına malik olsa da, Türkiyədən çəkindiyi qədər heç bir dövlətdən çəkinmir, hətta ABŞ-dan da o qədər çəkinmir. Pakistana da real güc, real nüvə dövləti və eyni zamanda, müsəlman dövlətləri içərisində ən inkiaf etmiş ölkələrdən biri kimi yanaşır. Pakistanın Azərbyacanı dəstəkləməsinə qətiyyən səs çıxara bilməz. Çünki Rusiyanın ətrafında kifayət qədər ona qarşı olan qüvvələr var, daxili vəziyyəti sabit deyil, əhalinin etirazları var. Üstəlik də, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar getdikcə gücləndirilir. Mənə belə gəlir ki, pandemiyanın sonunda Rusiyaya qarşı sanksiyaların yeni dalğasını gözləmək olar”.  

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"