“Müharibədən yayınmağın bir yolu var idi - əraziləri qaytarmaq” - Paşinyan

29 dekabr, 2020 17:22

“Müharibədən yayınmağın bir yolu vardı – əraziləri qaytarmaq və Artsaxın (Qarabağın) statusunu unutmaq”, – Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində belə yazıb. O, çevik siyasətlə müharibədən qaçmağın mümkünlüyü haqda deyilənləri cavablandırıb.

Paşinyanın sözlərinə görə, “çevik siyasət” tərəfdarlarının ən böyük xətası uzun illər müharibəyə hazırlıq deyil, ondan yayınmaq siyasəti yürütmələri olub. “Mütəmadi olaraq dövriyyəyə belə bir fikir buraxılır ki, çevik siyasətlə müharibədən qaçmaq olardı. Bunu deyənlər azından bir suala cavab verməlidirlər: niyə onların “çevik siyasəti” 2016-cı ildə müharibədən yayınmağa imkan vermədi?” – baş nazir sual edib.

Onun sözlərinə görə, Ermənistanın uzun illər yürütdüyü “çevik siyasət” 2016-cı ilin yanvarında Rusiyanın təklifilə sonuclandı. Təkliflərdə Dağlıq Qarabağın statusu dəqiqləşdirilmədən yeddi rayonun (5+2) qaytarılmasından söhbət gedirdi.

“Rusiya niyə belə bir təklif irəli sürdü? Sadə bir səbəbdən - Ermənistanın “çevik siyasəti” Madrid prosesini çıxmaza saldı, Artsax (Qarabağ) Azərbaycandan kənarda statusu yalnız Azərbaycanın razılığı ilə ala bilərdi. Həm Rusiyaya, eləcə də hamıya aydın idi ki, Azərbaycan heç vaxt bu varianta razılaşmaz və razılaşmamaq üçün bütün imkanları var. Ona görə də çıxmazdan çıxmaq yolları tapılmalıydı. Bəziləri deyirlər ki, 2018-ci ildən sonra Ermənistanın yürütdüyü siyasətin “yetərincə rusiyapərəst olmaması” müharibəyə əsas yaradıb. Elədirsə, 2016-cı ildə “yetərincə rusiyapərəst” siyasət niyə Rusiyanın təkliflərinə yol açdı, aprel müharibəsi baş verdi?” – Paşinyan sual edir.

Onun yazmasına görə, müharibədən yayınmağın bircə yolu vardı – əraziləri qaytarmaq və Qarabağın statusunu unutmaq. “İndi bu variantın tərəfdarları artır. Ancaq onlar nəzərə almırlar ki, bu halda Gorusun Eyvazlı kəndində Azərbaycan dili eşidiləcəkdi. Bizi də vaxtilə torpaqları satmaqda ittiham ediblər. İndi isə şübhəli bəyanatlarla əsirlərimizin həyatını riskə atırlar. “Çevik siyasət” tərəfdarlarının ən böyük xətası odur ki, uzun illər müharibəyə hazırlıq deyil, ondan yayınmaqla məşğul olublar. Ən böyük xətamız odur ki, iki il yarım ərzində oğurlanmış pulları qaytara bilmədik ki, müharibəyə necə lazımdır hazırlaşa bilək”, – baş nazir deyib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"