Rusiya hərbçilərinə hücum oldu - 3 yaralı var
30 dekabr, 2020 01:40
Suriyanın İdlib vilayətində Rusiya hərbi polisini daşıyan zirehli avtomobilə hücum olub.
Azsiyasət.com "TASS"a istinadla xəbər verir ki, bu barədə Suriyada duşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzinin rəhbərinin müavini, kontr-admiral Vyaçeslav Sıtnik bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində Rusiyanın üç hərbi polisi yaralanıb.
“Zərərçəkənlər dərhal hərbi xəstəxanaya təxliyyə olunub, onlara lazımi tibbi yardım göstərilib”, - deyə kontr-admiral bildirib.