Tarixdə ilk dəfə Azərbaycan buna da nail oldu

02 yanvar, 2021 10:42

Qloballaşan dünyada enerji qaynaqlarının, eyni zamanda, enerji təhlükəsizliyinin beynəlxalq münasibətlər və xarici siyasət fəaliyyətinə təsiri açıq şəkildə özünü büruzə verməkdədir. Bu təsir isə sözsüz ki, özünü yalnız siyasi cəhətdən deyil, iqtisadi cəhətdən də göstərməkdədir.

Azsiyasət.com xəbər verir ki, bunu politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq deyib:

“Enerji qaynaqlarının rolu barədə danışsaq və bu məsələni zaman çərçivəsindən dəyərləndirsək, aydın şəkildə etiraf etmək lazımdır ki, onların XXI əsrdə olan rolu XIX və ya XX əsrdə olduğu kimi deyil. Vaxtilə əgər enerji mənbələrinə məhdud prizmadan yanaşılır, onlar yalnız daxili (işıqlandırma) və ya texniki (avtomobillər və ya hərbi texnika) məqsədləri üçün istifadə olunurdursa, XXI əsrin reallığı enerji mənbələrinə daha məntiqli yanaşma tələb etməyə başladı. Belə ki, “Soyuq müharibə” və Sovet İttifaqının dağılmasından sonra enerji təhlükəsizliyi, enerji baxımından zəngin, eyni zamanda, enerji baxımından zəif ölkələrin də xarici siyasətinin prioritet istiqamətlərindən birinə, hətta bəlkə də birincisinə çevrildi. Məsələn, müasir realizmin qurucusu Hans Morgentauya görə, hərbi güc (və ya sərt güc-hard power) hər bir millətin beynəlxalq siyasətdə güclü olması üçün həyati əhəmiyyətli bir amildir. Bu məntiqdən də çıxış edərək alimlərin və enerji ekspertlərinin çoxu hesab edir ki, müasir siyasi reallıqlar kontekstində dünya siyasətinin aparıcı amili dövlətlərin enerji ehtiyatlarına malik olub-olmaması baxımından dəyərləndirilməlidir. Məhz elə bu səbəbdən də Avropanın keçmiş illərdə üzləşdiyi problemlər son illərdə bəzi Avropa səlahiyyətliləri və rəsmilərini qitənin enerji tədarükünün şaxələndirilməsi və alternativ tranzit yollarının təşviq edilməsi ilə bağlı yeni istiqamətlər müəyyənləşdirməyə məcbur etdi. Azərbaycan Avropanın enerji təhlükəsizliyində yeni, alternativ enerji mənbəyi funksiyasında çıxış etməyə başladı. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və həmin ölkənin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarın təbirincə desək, Azərbaycan təbii qazı Cənub dəhlizinin genişləndirilməsi üçün mütləq vacibdir. Bu mənada, Cənub Qaz Dəhlizi təbii qazın nəql edilməsi istiqamətində enerji təhlükəsizliyinin alternativ və etibarlı yollarındandır. Cənub Qaz Dəhlizinin reallaşdırılması ilə Azərbaycan qazının Qərb dövlətlərinə nəql edilməsində Avropa İttifaqı maraqlıdır. Bu hədəfə isə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans–Anadolu Boru Kəməri və Trans–Adriatik Boru Kəməri ilə nail olmaq mümkündür. Bu məqsədlə 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanıb. Hazırda ölkəmiz Cənub Qaz Dəhlizinin formasını və gələcəyini təyin edən əsas iştirakçıya çevrilib. Bu məqamda xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın bütün uğurlu enerji layihələrinin təməlində birbaşa ümummilli lider Heydər Əliyevin şəxsi keyfiyyətləri və siyasi uzaqgörənliyi nəticəsində baş tutan “Əsrin müqaviləsi” dayanır. Bu, Azərbaycanın enerji siyasətinin əsas ana sütununu təşkil edir. Müqavilə imzalandığı dövrdə – 1994-cü ildə Azərbaycan praktiki olaraq siyasi və iqtisadi blokada vəziyyətində idi. Bu çətin vəziyyətdə ümummilli lider Heydər Əliyev yeddi ölkədən on bir xarici neft şirkətini inandırmağa müvəffəq oldu ki, yenicə müstəqillik əldə etmiş gənc bir dövlətə sərmayə qoysunlar. Tarixdə ilk dəfə olaraq xarici şirkətlər Xəzərdəki neft və qaz yataqlarının işlənilməsində iştirak etməyə başladılar. “Əsrin müqaviləsi” Azərbaycanın dünyaya açıq ölkə olduğunu nümayiş etdirdi. Bu müddətdə Azərbaycanın yeni neft strategiyası və onun doktrinası uğurla başladı. Azərbaycan Heydər Əliyevin cəsarəti və müdrikliyi sayəsində dünyada özünü təsdiq edə bildi. “Əsrin müqaviləsi” ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranıb.

Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı Azərbaycan Respublikası olub. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan - Trans–Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazını birbaşa Avropaya çatdırmağa hazırdır. TANAP həm Türkiyənin, həm də Orta Şərqin ən uzun və ən böyük təbii qaz kəməri hesab olunur.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) da artıq tamamlanıb. Azərbaycan daha bir mühüm, tarixi qələbə, uğur əldə etdi. Ölkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fəaliyyətdədir. Azərbaycan dünya bazarına böyük qaz ixracatçısına çevrildi. Tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsilə çıxarmağa nail oldu. Noyabrın 15-də TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurla birləşdirildikdən sonra kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən SNAM Rete Gas (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırılıb. Cənub Qaz Dəhlizinin uğurla başa çatması ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın iqtisadi müstəqilliyinin güclənməsi anlamına gəlir.

Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyan 878 km-lik boru kəməri TAP-ın gələcəkdə genişlənməsi və kəmərin ötürücülük gücünün 20 milyard kubmetrə çatdırılması üçün 2021-ci ilin yay aylarında bazar araşdırmasının ikinci mərhələsinə başlanılacaq. Eyni zamanda, TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Vaxtilə tək bir qaz tədarükçüsündən asılı olan və qaz kəsintiləri səbəbindən böyük problemlər yaşayan Bolqarıstan təbii qaza tələbatının 33%-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Bir sözlə, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir”.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI