Qarabağ məsələsi tam həll olunmayıb - Reallığı qəbul edib mübarizə aparmalıyıq

02 yanvar, 2021 17:19

Qondarma rejimin başçısı Arayik Harutyunyan Qarabağ müharibəsi ərzində erməni yalanlarını tirajlamaqla məşğul olan “WarGonzo” layihəsinin rəhbəri Semyon Peqovla birlikdə ötən gün erməni yaraqlılarının yeni tikilən mövqelərindən birinə baş çəkib. Separatçıların başçısı bu zaman yeni ordu yaratmaqla bağlı çıxış edib. Bununla o, Azərbaycana qarşı yenidən təşkilatlanmaq, separatçılığı davam etdirmək niyyətini nümayiş etdirib. Diqqət çəkən digər vacib məqam budur ki, A.Arutyunyan və S.Peqov barəsində Azərbaycan xüsusi xidmət orqanları bir neçə maddə ilə cinayət işi qaldırıb. Onların barəsində axtarış elan olunub. Barələrində axtarış elan olunan hər iki şəxs nəinki əl-qolunu sallayıb Xankəndini gəzir, üstəlik Azərbaycan əleyhinə təxribatçı fikirlər də səsləndirirlər. Maraqlıdır, nə üçün sülhməramlılar Harutyunyanın bu təxribatçı davranışlarının qarşısını almır?  Barəsində axtarılış elan edilən bu iki cinayətkarın saxlanılaraq hələ də Azərbaycana təhvil verilməməsinin səbəbi nədir?

Azsiyasət.com xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, hazırda həm Rusiya sülhməramlıları, həm də erməni separatçıları Azərbaycanı qıcıqlandırmaqla məşğuldur:

“Dünən internetdə görüntü yayılmışdı ki, rus hərbçisi Qarabağdakı erməni separatçılarının şərəfinə sağlıq deyir,  yəni onları növbəti həmlələrə həvəsləndirir. Rus hərbçilərinin erməni separatçıları ilə ittifaq yaratması, əslində, gözlənilən idi. Onların əraziləri xeyli azalıb, amma o kiçik ərazidə də bizə meydan oxumağa çalışırlar, guya terrorçuların görüntülərini yayırlar”.

Politoloq Qarabağ məsələsinin hələ tam həll olunmadığını diqqətə çatdırıb:

“Biz məsələnin bir qismini həll elədik, ordumuz torpaqların böyük bir hissəsini azad etdi, şərəflə  savaşdı. Digər qismi - ikinci mərhələni isə gələcəkdə həll etməliyik. Açıq demək lazımdır ki, biz məsələni tam həll etməmişik. Arayik Harutyunyan və Peqovu həbs edə bilmirik. Qəbul etmək lazımdır ki, Arayik və ya Peqovu kimsə (Rusiya) bizə həbs edib nimçədə verməyəcək. Biz özümüz elə etməliyik ki, Arayik fəaliyyətindən uzaqlaşsın, Peqov kimi axmaq adamlar bölgəyə səfər etməsin. Bu baş vermədiyi halda Rusiya onlarla ittifaq quracaq. Biz separatçılardan üstün olmalıyıq. Artıq  birbaşa toqquşma olmayacaq, biz dövlətlərlə danışıqlar aparmalı, Rusiya ilə təmasları yoğunlaşdırmalı, Türkiyə ilə hərbi  ittifaqı gücləndirməliyik”.

Ekspert vurğulayıb ki, rusiyalı hərbçilərin nizamsız fəaliyyəti nəzarət altına alınmalı, məhdudlaşdırılmalıdır:

“Bunun da yolu Türkiyə hərbçilərini bölgəyə  yerləşdirməkdən keçir. 10 günə Ağdamda Monitorinq Mərkəzi qurulacaq. Bizim yeni ağıl oyunları başlayır.  Axı Rusiya bizim üçün yeni bir dövlət deyil. Biz hər şeyi  görə-görə gəlmişik. Erməniləri bölgədə Çar Rusiyası yerləşdirib, separatçıları əvvəl Çar, sonra Sovet Rusiyası həvəsləndirib, Xocalı soyqırımı ruslarla birgə həyata keçirilib. İndiki Rusiya hərbçilərinin daha sülhpərvər olacağını, cinayətkarları bizə təhvil verəcəklərini düşünmək biraz absurddur. Əlbəttə, belə olmasını istəyərdik, amma ortada Rusiyanın siyasi tarixi var. Ağılla, məntiqlə hərəkət etməliyik. Müharibə  dövründə eyforiyaya qapıldıq, elə bildik ki, hər şeyi  həll etdik. Amma önümüzə qırmızı xətt çəkdilər. Düşünürdük ki, Xankəndini də alıb erməni separatçılarının kökünü kəsəcəyik, amma bizə mane oldular, bunu nəzərə alıb işimizi görməliyik. Təbii ki, 7 rayonu işğaldan azad etmək, Hadruta, Şuşaya  daxil olmaq böyük uğurdur. Amma tam istədiymizi hələ ki, əldə etməmişik. Xankəndi və Xocavənddə separatçılar qalır. Rusiyalı hərbçilər bölgədə yerləşdirilib ki, bu da bizim maraqlarımızın əleyhinədir.  Reallığı qəbul edib mübarizə aparmalıyıq. Elə etməliyik ki, ərazilərimizdəki ermənilər Azərbaycan qanunlarını qəbul etsin, Azərbaycan pasportu daşısın. Amma bu, bir-iki ilə olacaq məsələ deyil, yavaş-yavaş işləməliyik”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"