Ermənistan minlərlə türk malını İran malları ilə əvəzləyəcək

03 yanvar, 2021 19:28

Ermənistan 2 250 Türkiyə malının İran malları ilə əvəz olunacağını bəyan edib. “Qafqazinfo” bildirir ki, bu barədə “News.am” İranın “Mehr” agentliyinə istinadən xəbər verib.

“Türkiyə sanksiyaları ilə əlaqədar olaraq, Ermənistan Türkiyədən idxal olunan 2 250 malı İran malları ilə əvəz etmək niyyətindədir”, - İranın Ticarətin Təşviqi Təşkilatının nümayəndəsi deyib.

O qeyd edib ki, bu, İran istehsalçıları üçün yaxşı fürsətdir.