Paşinyan Təhlükəsizlik Şurasını topladı: Araik də iclasda iştirak etdi

04 yanvar, 2021 00:04

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Azsiyasət.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Məlumata görə, iclasda nazirlər və güc strukturlarının rəhbərləri ilə yanaşı, qondarma "dqr" rejiminin separatçı lideri Arayik Arutyunyan da iştirak edib. İclasda müzakirə olunan məsələlərlə bağlı açıqlama verilməyib.