Rusiya irimiqyaslı “Qərb-2021” təlimlərini Azərbaycan ordusunun təcrübəsi üzərində qurur

04 yanvar, 2021 10:35

Rusiyanın bu il Belarusla birlikdə keçirəcəyi “Qərb-2021” irimiqyaslı hərbi təlimlərinin ssenarisini əsasən Qarabağdakı 44 günlük müharibənin təcrübəsi üzərində quracaq. Azsiyasət.com virtualaz.org-a istinadən xəbər verir ki, “Qərb-2021” təlimləri barədə müdafiə naziri Sergey Şoyqu ordu komandanları ilə keçirdiyi selektor müşavirəsində elan edib. “Qərb” təlimləri ənənəvi olaraq Rusiya ordusunun il ərzində keçirdiyi ən irimiqyaslı hərbi manevrlər hesab olunur. “Qərb-2021” təlimlərinin sentyabrda keçirilməsi nəzərdə tutulur.

Qərb hərbi dairəsinin mətbuat xidmətindən jurnalistlərə bildiriblər ki, həmin komanda-qərargah təlimlərində xüsusi diqqət pilotsuz uçan aparatlarla və qanadlı raketlərlə mübarizəyə yönəldiləcək. “Təlimlərin gedişində pilotsuz uçan aparatlarla və qanadlı raketlərlə mübarizəyə, şərti düşmənə qarşı atəş zərbəsinə və radioelektron təsirə, bir döyüş əməliyyatları növündən sürətlə digərinə keçməyə və mürəkkəb, dinamik şəraitin yaradılmasına, taktiki hava desantı qüvvələrindən istifadəyə xüsusi diqqət yetiriləcək”,-məlumatda bildirilir.

Rusiya Müdafiə Nazirliyinin telekanalı isə nazirlikdəki mənbələrə istinadən qeyd edir ki, Qarabağda bu yaxınlarda başa çatan hərbi münaqişə pilotsuz uçan aparatlara qarşı mübarizə üsullarının işlənib hazırlanmasını zəruri edir. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Qarabağ müharibəsinin təcrübəsini nəzərə alaraq döyüş pilotsuz aparatlarının işlənib hazırlanmasını sürətləndirməyi qərara almışdı. Habelə bu günlərdə Rusiya ordusu “Orion” zərbə pilotsuz aparatından ilk dəfə real döyüş şəraitində, Suriyada hədəfə raket və bomba zərbəsi endirib.

Məlumata görə “Qərb-2021” təlimlərində habelə əlahiddə bölmələrin əsas qüvvələrdən ayrılaraq şərti düşmənin nəzarətində olan ərazilərin dərinliklərində reydlər keçirməsi də məşq ediləcək. Bunu da Qarabağ müharibəsində Azərbaycan ordusunun taktikasının öyrənilməsi kimi qəbul etmək mümkündür. Çünki Azərbaycan xüsusi təyinatlı qüvvələri ordunun əsas qüvvələrindən onlarla kilometr aralanaraq düşmən nəzarətində olan ərazilərin dərinliklərinə sızırdı, məsələn, həmin qüvvələr Hadrut istiqamətindən dağ, meşə cığırları ilə onlarla kilometr irəliləyərək Şuşanın bir neçə kilometrliyinə çatmışdı. Və bu, düşmən üçün tamamilə gözlənilməz olmuşdu. Xüsusi təyinatlılar Şuşa ətrafında möhkəmlənərək əsas qüvvələrin, o cümlədən artilleriyanın irəli çəkilməsinə şərait yaratdı. Daha sonra Şuşaya həlledici hücuma keçdi.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"