Qondarma rejimin "bayrağı" niyə Qarabağdan yığışdırılmır? - ŞƏRH

04 yanvar, 2021 20:57

Özünü qondarma “Dağlıq Qarabağ Respublikasının” “prezidenti” kimi tanıdan Arayik Arutyunyan müxtəlif görüşlərdə hələ də qondarma rejimin “rəmzlər”indən istifadə edir. Diqqət çəkən məqam odur ki, bu halların daha çox terrorçuların rusiyalı sülməramlılarla bərabər keçirdikləri tədbirlərdə təkrarlandığını görürük.

Ancaq Arutyunyan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdükdə ətrafda təkcə Ermənistan bayrağı olur.

Belə olduqda isə ortaya haqlı suallar çıxır. Məsələn, rusiyalı sülmramlılar Paşinyandan daha artıqmı ermənidirlər? Sülməramlı terrorçunun bayrağı altında durmaqdan niyə zövq alır? Rusiyanın bu tip davranışları nədən xəbər verir?

Azsiyasət.com xəbər verir ki, mövzu ilə bağlı bakupost.az-a danışan politoloq İlqar Vəlizadə bildirdi ki, bayraq məsələsi ilə yanaşı, Arayik Arutyunyan adlı bu şəxsin fəallığı da sual altındadır:

“Arayik hər hansı bir şəxs qismində rusiyalı sülhməramlılarla, yaxud digərləri ilə danışıqlar apara bilməz. Çünki onun buna səlahiyyəti yoxdur və olmamalıdır. Hələ də bu məsələ ilə bağlı beynəlxalq müstəvidə siyasi qərar verilməyib. Arayik də bundan istifadə edərək fəallıq göstərir, kimlərləsə görüşür, bəyanatlar verir, özünü separatçı qurumun “prezidenti” kimi qələmə verir. Ümumiyyətlə, sülhməramlılar tərəfindən separatçı qurumun fəaliyyətinə tamamilə son qoyulmalı idi. Ancaq təəssüf ki, onun bəzi strukturları qalıb və fəaliyyətdədir. Bunun özü də sual doğurur ki, nəyə görə fəaliyyətdədir, fəaliyyətləri nədən ibarətdir? Axı, məlumdur ki, hazırda Rusiya sülhməramlılarının nəzarəti altında olan torpaqlar Azərbaycan ərazisidir. Belə halda bu erməni qurumu torpaqlarımızda fəaliyyət göstərməməlidir. Bu azmış kimi terrorçular sülhməramlılara medallar, ordenlər verirlər. Onlar bu medalları almamalı, götürməməlidirlər.

Sülhməramlılar tərəfindən müxtəlif bəyanatlar səsləndirilir. Onlara təlimlər keçmək lazımdır ki, sosial şəbəkələrdə təxribatçı bəyanatlarla çıxış etməsinlər, hansısa ermənipərəsət mövqe nümayiş etdirməsinlər. Biz onlardan tələb etmirik ki, azərbaycanpərəst olsunlar. Tələbimiz budur ki, ermənipərəstlik də etməsinlər və neytrallığı qorusunlar. Bu məsələlərlə yanaşı, qondarma qurumun müxtəlif tədbirlərdə, görüşlərdə öz “bayrağından” istifadə etməsi halı da tez-tez təkrarlanır. Düşünürəm ki, yaxın günlərdə, həftələrdə bu problemlər öz həllini tapacaq. Sülhməramlıların olduğu yerlərdə, müəyyən ictimai tədbirlərin keçirildiyi ərazilərdə qondarma rejimin “bayrağı” olmamalıdır. Bu məsələ daim diqqətdə saxlanılmalıdır. Həmçinin, Arutyunyan, Vitali Balasanyan barədə müəyyən qərarlar qəbul olunmalıdır. Çünki cinayətkardırlar. Bunların nəinki çıxış etməyə, hətta, ictimaiyyət arasında görünməyə belə haqları yoxdur. Yəni məsələyə kompleks şəkildə baxılmalıdır”.

Politoloq N.Paşinyanla Arayikin görüşlərində qondarma rejimin “bayrağından” istifadə olunmamağına da diqqət çəkdi:

“Təəssüflər olsun ki, Ermənistan hakimiyyəti hələ də qondarma rejimi və onun “prezidenti”ni tanıyır. Rəmzin yığışdırılmasının bir çox səbəbləri ola bilər. Məsələn, güman ki, Paşinyan indiki şəraitdə, beynəlxalq vəziyyəti nəzərə alaraq Türkiyə və Azərbaycanı qıcıqlandırmamağa çalışır. Üzümüzə gələn aylarda Paşinyan hakmiyyətinin Türkiyə və Azərbaycana barışdırıcı təkliflər edəcəyi istisna olunmur. Ola bilsin ki, buna zəmin yaradılır. Yəni burda ehtimallar çoxdur.

Vəziyyətdən belə anlaşılır ki, ermənilər regionda yeni status-kvo yaratmağa çalışırlar. İstəyirlər ki, bu status-kvoda onların qondarma respublikası müəyyən yer alsın. Lakin Azərbaycan buna yola verməməli və bu tendensiya ilə mübarizə aparmalıdır. Bunun üçün bütün əlimizdə olan imkanlardan istifadə etməli, lazımlı tədbirlərə əl atmalıyıq”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"