Türk dünyası İlham Əliyevi ilin lideri seçdi

05 yanvar, 2021 11:09

Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfi (TÜRKSAV) bu il "19 May Türk Dünyası Diriliş Mükafatı" nı Azərbaycan Prezidenti İlham Əliyevə verib.

Azsiyasət.com xəbər verir ki, bu haqda Vəqfin İdarə Heyətinin sədri Yahya Akengin Türkiyə mətbuatına açıqlama verib.

Akengin, 1919-cu ildə Mustafa Kamal Atatürkün başlatdığı Türk dünyasının dirçəliş hərəkatının, Qafqazda işğalçı Ermənistana qarşı davam etdiyini deyib.

"2020-ci ildə Azərbaycan, türk xalqı İlham Əliyevin liderliyi ilə işğalçı erməni zehniyyətinə qarşı zəfər qazandı. Bu türk dünyasının ortaq zəfəridir. Zəfərə liderlik edən İlham Əliyevə bu mükafatı təqdim edəcəyimizdən şərəf duyacağıq", - Yahya Akengin qeyd edib.