"Azərbaycanın bu haqlı davasında sonuna qədər yanındayıq" - Hülusi Akar

05 yanvar, 2021 21:38

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış hərəkatının 106-cı ildönümü ilə bağlı yaydığı mesajında vətən, millət və bayraq naminə canını fəda edən şəhitləri rəhmətlə anıb. Və bir daha Qarabağ məsələsində Türkiyənin sona qədər Azərbaycanın yanında olacağını ifadə edib.

Sarıqamış hərəkatı 1914-cü ilin dekabrından 1915-ci ilin yanvarına qədər Çar Rusiyası ilə Osmanlı imperiyası arasında eyni adlı bölgədə baş vermiş döyüşdür. Bu döyüşdə türk ordusu ruslara və onların tərəfində döyüşən erməni könüllü batalyonlarına məğlub olub. 125 minlik ordu ilə hücuma keçən türklər 40 dərəcəyə yaxın şaxtada 15 saata qədər davam gətirə biliblər, onların çoxu şaxtadan donaraq həlak olub.

Bu döyüşdə türk ordusunun 90 minə yaxın əsgərinin şəhid olduğu məlumdur. Əsir götürülən minlərlə türk əsgəri isə Bakı yaxınlığındakı Nargin adasında yerləşdirilmişdilər.

“Milli və mənəvi dəyərləri uğrunda şəhid və qazi olmağı ən böyük məqsədi kimi qəbul edən millətimiz şəhid və qazilərin qəhrəmanlıqlarını, fədakarlıqlarını əbədi olaraq vəfa duyğuları ilə xatırlayacaq”,- Hulusi Akar bildirib.

Nazir həmin günlərdə azərbaycanlıların Nargin adasında ruslar tərəfindən əsir saxlanılan türk əsgərlərinə yardımlarını da yada salıb: “Sarıqamış şəhidlərinin yad edildiyi bu anlamlı gündə “tək millət, iki dövlət” ifadəsinin ən bariz nümunəsini nümayiş etdirən qardaş Azərbaycan xalqının Nargin adasında ağır şərtlərdə saxlanılan mehmetçiklərə etdiyi yardımları da minnətdarlıq hissi ilə anırıq”.

Hulusi Akar mesajında daha sonra bunları bildirib: “Bizlər də can qardaşlarımızın haqlı mübarizələrində sonuna qədər və bütün imkanlarımızla yanlarındayıq. Azərbaycanlı qardaşlarımızla sevincli və kədərli günlərdə bir və bərabərik. Bu duyğu və düşüncələrlə qazi Mustafa Kamal Atatürkü və silahdaşlarını, Sarıqamış şəhidləri başda olmaqla bütün əziz şəhidlərimizi, əbədiyyətə köçmüş bütün qazilərimizi bir daha rəhmətlə yad edirik”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"