ABŞ-dakı hadisələr dolların mövqeyinə təsir göstərəcəkmi?

08 yanvar, 2021 01:09

ABŞ Prezidenti Donald Trampın on minlərlə tərəfdarı Vaşinqtonda seçkilərin Co Baydenin qələbəsi ilə nəticələnməsinə etiraz olaraq aksiyaya başlayıblar. Dünən isə Tramp tərəfdarları Kapitoliyaya daxil olublar. Konqresə hücum nəticəsində baş verən toqquşmalarda 4 nəfər ölüb, 52 nəfər həbs olunub.

Bundan sonra Vaşinqton meri şəhərdə komendant saatı elan edib.

Hazırda isə əsas suallardan biri budur: Baş verənlər Azərbaycanda və dünyada dolların mövqeyinə təsir göstərəcəkmi?

Azsiyasət.com xəbər verir ki, mövzu ilə bağlı bakupost.az-a danışan iqtisadçı-ekspert Samir Əliyev bildirdi ki, ABŞ-da baş verən proseslər dolların məzənnəsinə ciddi təsir etməyəcək:

"Ola bilər ki, qısamüddətli təsiri olsun. Bu məsələ də həllini tapacaq. İlkin məlumatlar onu göstərir ki, ABŞ prezidenti Donald Tramp geri çəkilmək və hakimiyyəti rəsmi qaydada ötürmək niyyətindədir. Ona görə də bu, dollar üçün hər hansı problem yaratmayacaq. Dollar bu gün alternativsiz valyutadır. Dünyada ən etibarlı valyuta hesab olunur.
Azərbaycanda isə devalvasiyanın olacağını birmənalı demək çətindir. Çünki bu, neftin qiymətindən asılıdır. Həmçinin vaksinləşmənin pandemiyaya təsiri ilə də bağlı olacaq".

Ekspert əlavə etdi ki, pandemiya aradan qalxarsa, aktivlik artacaq və neftin qiymətinin heç olmasa, indiki səviyyədə qaldığını görəcəyik:

"Vaksin faydasız olarsa, ötən ilin mart ayında olduğu kimi yenidən neftin ucuzlaşması ehtimalı var. Bu da Azərbaycan manatına mənfi təsir göstərə bilər. Azərbaycan hökuməti də manatın məzənnəsini saxlamaq niyyətindədir. Maksimum dərəcədə saxlamağa da çalışacaqlar. Amma buna nə dərəcədə nail ola biləcəklər? Düşünürəm ki, ilin birinci yarısında hakimiyyət gözləmə mövqeyində olacaq. Ondan sonra bazardakı vəziyyətə baxacaq və qərar verəcək ki, məzənnəni indiki səviyyədə saxlasın, yoxsa dəyişsin. Amma bir məsələ aydındır ki, manatın məzənnəsini saxlamaq üçün 2015-ci ildən fərqli olaraq, indi hökumətin imkanları daha çoxdur"

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"