“Böyük Dayaq”la “Ümid” arasında görüş oldu - FOTOLAR

08 yanvar, 2021 17:24

Bu gün “Böyük Dayaq” Partiyası (BDP) Təşkilat Komitəsinin sədri Mirkazım Seyidovla “Ümid” Partiyasının sədri İqbal Ağazadə arasında görüş olub.

Azsiyasət.com xəbər verir ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, hər iki partiya arasındakı əməkdaşlığın gələcək perspektivləri və siyasi partiyalarla bağlı mövcud reallıqlar müzakirə olunub.

Pandemiyadan sonra partiyalar arasındakı görüşlərin intensiv şəkildə keçirilməsi qərara alınıb.