Azərbaycan 62 nəfərdən ibarət erməni diversiya qrupunu təhvil verəcək?  - "Ermənistan məğlub ölkə olduğu üçün..."

09 yanvar, 2021 11:39

Ermənistan tərəfi Naxçıvanla Azərbaycanın qalan əraziləri arasında nəqliyyat dəhlizinin açılması üçün şərt irəli sürüb.

“Yerevan üçün ilk növbədə razılaşmanın 8-ci bəndi - əsir, girov və saxlanılan şəxslərin tam dəyişdirilməsi, həmçinin, axtarış-xilasetmə işlərinin genişləndirilməsi vacib önəm daşıyır",-deyə məğlub dövlətn baş naziri Nikol Paşinyan bildirib.

Azsiyasət.com xəbər verir ki, erməni tərəfi “əsir, girov və saxlanılan şəxslər” deyəndə 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Xocavənd istiqamətində diversiya-təxribat fəaliyyəti göstərmiş və Azərbaycanın müvafiq qurumları tərəfindən aparılan anti-terror əməliyyatı nəticəsində saxlanılmış silahlı terrorçuları nəzərdə tutur.

Yeri gəlmişən, Azərbaycanın rəsmi qurumları söügedən əməliyyat zamanı Ermənistan vətəndaşları olan 62 nəfərdən ibarət diversiya qrupunun üzvlərinin saxlanıldığıni bəyan edib.

Əsir və girovlara gəlsikdə isə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov yanvarın 5-də verdiyi açıqlamada Azərbaycanda cəmi 5 hərbçi və 2 mülki erməninin  saxlanıldığını bildirib.

Beləliklə, Ermənistan əsir və girovların deyil, terrorçuların qeyd-şərtsiz təhvil verilməsini istəyir.

Məğlub olan ölkənin bu cür şərtlə çıxış etməsi düzgündürmü?

Hərbi ekspert Ədalət Verdiyev modern.az-a bu məsələ barəsində danışıb. Onun sözlərinə görə  Ermənistan məğlub ölkə olaraq heç bir şərt irəli sürə bilməz:

"Çünki Azərbaycan daha əvvəl "Erməni əsgəri ölmək, əsir düşmək istəmirsə, ərazilərimizi tərk etsin!" bəyanatını yüksək səviyyədə səsləndirmişdi. Bu bəyanatları görməzdən gələn Ermənistan siyasi rəhbərliyinin hərbi təxribatlar törətmiş diversiya qrupunun üzvləri olan terrorçuların qaytarılması tələbi ilə çıxış etməsi absurddur. Birinci Qarabağ müharibəsində mənim tabeliyimdə olan dörd əsgər haqqında hələ də bir xəbər verilməyib. Ermənistan hakimiyyəti rəsmi olaraq onların həlak olması və yaxud da əsir düşməsi barədə bir kəlmə olsun söz demir. Əgər Ermənistan əsirlərə qarşı bu qədər həssaslıqla yanaşırsa, o zaman buyursun Birinci Qarabağ müharibəsi zamanı götürdüyü azərbaycanlı əsirlər barədə məlumatları ortaya qoysun".

Ekspert bildirib ki, Ermənistan bu məsələlərdə ehtiyatlı olmalı, səsinin tonunu da bir az müharibənin şətlərinə uyğun səviyyəyə endirməlidir.

“Terrorçuların isə Ermənistana qaytarılacağını düşünmürəm. Terrorçu ya məhv olunur ya da  həbsdə çürüyür”.

Hərbi ekspet deyib ki, Xocavənd istiqamətində aparılan anti-terror əməliyyatı nəticəsində saxlanılmış silahlı erməni terrorçuları hərbi cinayətlər törətmiş şəxslər iki mühakimə olunmalıdır. Onların azad olunmasından söhbət gedə bilməz, çünki diversiya-təxribat fəaliyyəti göstərmiş həmin silahlılar hərbi əsir deyil, terrorçulardı. Bu fakt Ermənistanın beynəlxalq hüququn prinsiplərini, eləcə də üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmasının sübutudur.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"