Ermənistan Türkiyə ilə sürpriz müqavilə imzalayacaq: Rusiya ofsayta salınır?

09 yanvar, 2021 20:05

Azərbaycan, Ermənistan və Rusiya rəsmiləri yanvarın 11-də Moskvada növbəti görüşlərə hazırlaşdığı bir zamanda Türkiyədən redaksiyamıza maraqlı xəbər daxil olub.

Azsiyasət.com ki, Ovqat.com-a etibarlı mənbələrdən verilən məlumata görə, Ermənistan Türkiyə ilə önəmli bir müqavilə imzalamağa hazırlaşır.

İmzalanacaq müqavilədə Ermənistanın Türkiyə və Azərbaycan ərazilərinə iddialarından tamamilə vaz keçəcəyi və buna siyasi zəmanət verəcəyi vurğulanır.

İddialara inansaq, bu müqavilədən sonra Azərbaycan və Türkiyə Ermənistanla sərhədlərini tamamilə açacaq və tərəflər iqtisadi əməkdaşlığa başlayacaqlar.

Bəs, görəsən, liderlərin 2 gündən sonra Moskvada planlaşdırılan görüşdə də bu məsələlər müzakirə olunacaq?

Qaynağımız bu sualı cavablandırmaq istəmədi. Bununla belə, o, yanvarın 11-də keçirilməsi gözlənilən görüşün baş tutmama ehtimalını da istisna etmədi.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında bir-birinin ərazi bütövlüyünə iddialardan vaz keçilməsi Dağlıq Qarabağda rus “sülhməramlı”larının da missiyasını əhəmiyyətsizləşdirir və dolayısyla Cənubi Qafqazın Moskvanın təsirindən çıxması anlamına gəlir.

Paşinyanın Qərb tərəfindən dəstəklənərək hakimiyyətə gətirildiyini və Dağlıq Qarabağdakı qondarma hakimiyyətlə arasında sərin küləklərin əsdiyini nəzərə alsaq, İrəvanın bu addımı atması o qədər də gözlənilməz təsir bağışlamır. Onu da nəzərdən qaçırmaq olmaz ki, “DQR”-dakı qeyri-qanuni rejim Rusiyaya bağlıdır və istənilən an Nikol Paşinyan hakimiyyətinə alternativ kimi ortaya çıxarıla bilər.

Bu konteksdə onu da xatırlatmaq yerinə düşər ki, 44 günlük müharibənin bitməsindən bir neçə gün sonra “DQR” rəhbəri Araik Arutyunyan Moskvaya gizli səfər etmiş və Rusiya yetkililəri ilə görüşməyə çalışmışdı. Onun bu təşəbbüsünü ifşa edən Nikol Paşinyana bağlı media qurumları Arutyunyanın planını pozmuşdular. Erməni mediasının iddiasına görə, səfər Paşinyandan xəbərsiz təşkil olunmuşdu və məqsəd hakimiyyət məsələsini Kremlə yaxın dairələrlə müzakirə etməkdi.

Bildirilirdi ki, Arutyunyanın Rusiyaya gizli səfəri vəzifəsi ilə əlaqədar olub. Məsələ burasındadır ki, Anna Akopyanın (Paşinyanın arvadı) lobbiçiliyi ilə Nikol Paşinyan “Artsaxın prezidentliyini” Samvel Babayana təhvil vermək qərarına gəlibmiş. Arutyunyan da bu planın qarşısını almaq üçün Moskvaya uçubmuş.

Anna Akopyanın lobbiçiliyə gəlincə, erməni media qurumu “Mediaport”un iddiasına görə, Anna Akopyan müharibə zamanı Dağlıq Qarabağa tez-tez səfər etdiyi sıralarda qondarma qurumun Nazirlər Kabinetinin sədri Samvel Babayanın (rəsmi mənbələrdə Təhlükəsizlik Şurasının sədri kimi göstərilir) arvadı ilə tanış olub və onlar yaxın rəfiqəyə çevriliblər. Anna da “DQR”-nın rəhbəri vəzifəsinə Samvel Babayanı daha uyğun görüb.

Beləcə, Harutyunyan kreslosunun laxladığını hiss edincə, nəfəsini Xankəndində alıb, Moskvada buraxıb. Di gəl ki, onun bu ümidi də boşa çıxmışdı. Arutyunyan gizli səfəri ifşa olunar-olunmaz tez-tələsik geri qayıtmaq məcburiyyətində qalmışdı.

Erməni mətbuatı Araik Arutyunyanın gizli səfərinin fotosunu paylaşdığından və iddia heç kim tərəfindən təkzib olunmadığından məlumatın səhihliyi şübhə doğurmur və bu fakt rəsmi İrəvanla Xankəndi arasında ciddi ziddiyyətlərin yaşandığına, Araik Arutyunyanın Paşinyanın nəzarətindən çıxıb Moskvanın qucağına düşdüyünə dəlalət edir. Paşinyan anlayır ki, nə qədər Dağlıq Qarabağdakı qondarma rejim var, bu, Kremlin əlində təkcə Bakı üçün yox, həm də İrəvan üçün təzyiq vasitəsi olaraq qalacaq.

Üstəlik, nə beynəlxalq hüquq, nə də Rusiya həmin ərazilərin Ermənistanın tərkibinə keçməsinə imkan verməycək. Dolayısıyla Dağlıq Qarabağ erməni gənclərinin qanının axıdılmasından başqa bir işə yaramayacaq. Öz kreslosunu möhkəmləndirmək üçün Ermənistan hakimiyyətinin bu mənasız torpaq iddialarından vaz keçməkdən başqa çarəsi yoxdur.

Ermənistanın Türkiyə torpaqlarına iddia etməsi isə daha gülüncdür və onun qiyamətə qədər reallaşma şansı mövcud deyil. Odur ki, ağlı başında olan istənilən Ermənistan hakimiyyəti bir an belə gözləmədən Türkiyəyə qarşı iddialardan geri çəkilər.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI