"Qarabağ tamamilə Azərbaycanın tərkibinə qaytarılır"  -  Sergey Markov

12 yanvar, 2021 10:52

“Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada keçirilən üçtərəfli görüşü uğurlu hesab etmək olar. Tərəflərin baş nazirlərin müavinləri səviyyəsində İşçi qrupun yaradılması ilə bağlı razılığa gəlməsi bu görüşün başlıca nəticəsidir”.

Azsiyasət.com xəbər verir ki, bunu yanvarın 11-də Kremldə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının üçtərəfli görüşünün yekunlarını şərh edən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, tanınmış politoloq Sergey Markov bildirib.

Onun sözlərinə görə, regionda artıq yeni kommunikasiya və nəqliyyat əlaqələrinin yaradılmasına, köhnə kommunikasiyanın bərpa olunmasına start verilir:

“Bu o deməkdir ki, yaxın vaxtlarda Azərbaycanla Naxçıvanı, daha sonra Türkiyəni birləşdirəcək yol inşa olunacaq. Hansı ki, bu yol Azərbaycanın iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq. Bundan əlavə, Azərbaycan ərazisindən keçməklə Ermənistanla Rusiyanı əlaqələndirəcək yol inşa olunacaq. Bu isə Ermənistanın Rusiya ilə quru yol əlaqəsində Gürcüstandan asılılığını əhəmiyyətli dərəcədə azaldacaq. Eyni zamanda Bakı və digər şəhərləri Xankəndi ilə əlaqələndirəcək yollar inşa olunacaq. Bu isə o deməkdir ki, rəsmi Bakı artıq Dağlıq Qarabağın tamamilə Azərbaycanın tərkibinə qaytarılmasının üçüncü mərhələsinə daxil olur. Birinci mərhələdə Azərbaycan şiddətli müharibə nəticəsində Ermənistanın nəzarətində olan ərazilərinin 40 faizini işğaldan azad etdi. İkinci mərhələdə Azərbaycan artıq siyasi və diplomatik danışıqlarda öz müzəffər ordusunun təzyiqi ilə 30 faiz ərazini hərbi əməliyyatlar aparmadan qaytarmış oldu. Hazırda 30 faiz ərazi Azərbaycanın nəzarətindən kənar qalıb. Azərbaycan bu ərazini daha hərbi yolla deyil, hətta siyasi-diplomatik yolla da deyil, ancaq iqtisadi yolla, tədricən Dağlıq Qarabağın Azərbaycana inteqrasiya edilməsi yolu ilə qaytaracaq. Bakı Qarabağın erməni əhalisini Azərbaycan cəmiyyətinə, iqtisadiyyatına və dövlət sisteminə inteqrasiyasını təmin etməklə qalan problemi həll etmiş olacaq. Bununla əlaqədar, Azərbaycan və erməni xalqları arasında münasibətlərin yaxşılaşdırılması məsələsi ortaya çıxır. Bunun üçün 30 ildən çoxdur ki, iki xalq arasında gedən informasiya və təbliğat müharibəsi tədricən aradan qaldırılmalıdır”.

Rusiyalı ekspert Moskva danışıqlarının Azərbaycan üçün uğurla nəticələndiyini vurğulayıb:

“Danışıqlar zamanı İlham Əliyevin məmnun olduğu, Nikol Paşinyanın isə əksinə, məmnun qalmadığı görünürdü. Ona görə ki, Ermənistan Baş naziri Azərbaycanda əsirlikdə olan 62 hərbçisinin qaytarılması məsələsini həll edə bilməmişdi. Hansı ki, bu erməni əsgərləri 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra əsir götürülmüşdü, onlar əldə olunmuş razılaşmanı pozmağa, Azərbaycan ərazisində diversiya xarakterli hərbi fəaliyyət göstərməyə cəhd ediblər. Bu problemi Paşinyan həll edə bilmədi.

Ümumilikdə, bütün tərəflər danışıqları uğurla baş vurdu. Düşünürəm ki, növbəti mərhələdə dövlət başçıları səviyyəsində danışıqlar aprel ayında baş tutacaq. Martın 31-də baş nazir müavinləri səviyyəsində İşçi Qrupun regionda kommunikasiyaların inkişafı ilə bağlı konkret təkliflər irəli sürməsindən dərhal sonra Rusiya, Azərbaycan və Ermənistan liderləri yenidən bir araya gələcəklər”. 

apa.az

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"