Əli Əliyevdən Həsənquliyevə sərt sözlər: "Rusiya agentləri prezidentə qarşı birləşiblər" - VİDEO

12 yanvar, 2021 17:13

Vətəndaş İnkişafı Partiyasının sədri Əli Əliyev "Laf Tv"də millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin ünvanına sərt ifadələr işlədib.

Ə.Əliyev Q.Həsənquliyevi Rusiyanın adamı olmaqda, Azərbaycanı nüvə silahı ilə hədələyib qorxutmaqda, 44 günlük müharibəni əvvəlcədən hazırlanmış teatr kimi qələmə verməkdə ittiham edib. Onun sözlərinə görə, millət vəkilinin dediyindən belə çıxır ki, ölkə başçısı 3 minə yaxın şəhidi əvvəlcədən nəticəsi bilinən hadisələrin qurbanına çevirib:

"Prezident Əliyevin siyasi reputasiyasına bundan böyük zərbə ola bilməz. O adam niyə azadlıqdadı?"

Ə.Əliyev Q.Həsənquliyevin parlamentdə Moskvanın hesabına "əyləşdirildiyini" söyləyib:

"Azərbaycanda nazirin nəzarətində olan bir partiyanın rəhbəri, o nazir ki, Moskvada Şoyqu ilə müttəfiqdi... Kəmaləddin Heydərovdu o partiyanı saxlayan. Bunu Azərbaycanda hamı bilir. Kəmaləddin Heydərovla müttəfiqlik eləyən partiyanın sədri deyir ki, (razılaşma) olmasaydı, atom bombası atacaqdılar. Və bunu İlham Əliyev əvvəldən danışıb Putinlə ki, biz teatr oynayacağıq burda, sən bizə bir az torpaq qaytaracaqsan, sonra biz ərazilərimizə gətirib rus qoşunlarını yerləşdirəcəyik".

Ə.Əliyev bütün bunlara qətiyyən inanmadığını, Q.Həsənquliyevin rusların təlimatı ilə hərəkət etdiyini, xalqı qorxutmağa, dövlətimizin başçısını gözdən salmağa çalışdığını söyləyib.

Q.Həsənquliyev eyni yutub kanalına müsahibəsində bildirmişdi ki, bir çox məsələlərin əvvəlcədən Rusiya ilə razılaşdırıldığına əmindir. O həmçinin bildirib ki, Azərbaycan və Türkiyə üçtərəfli razılaşmaya getməsydi, Rusiya kiçik başlıqlı nüvə silahından istifadə edəcəkdi.

Hər iki tərəfin açıqlamaları ilə daha geniş formada təqdim etdiyimiz videodan tanış ola bilərsiniz:

 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"