"Qərbin sosial şəbəkə şirkətlərinə boyun əyməyəcəyik" - Ərdoğan

14 yanvar, 2021 01:23

“Milli həll yolları sayəsində Türkiyənin daxili məlumatları ölkəmizdə qalacaq. Biz özlərini qanundan da, hüquqdan da üstün hesab edən Qərbin sosial şəbəkə şirkətlərinə boyun əyməyəcəyik”.

Azsiyasət.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Radio-Televiziya Jurnalistləri Dərnəyinin Media Oskarı ilə mükafatlandırma tədbirində danışarkən belə deyib.

Ərdoğan bildirib ki, elektron və sosial media həyatımıza gətirdiyi asanlıqlarla bərabər, bir çox sahələrdə ciddi risklər də yaradır:

“Bir tərəfdə demokratiyanı təbliğ edən sosial şəbəkələr, digər tərəfdə kibertəhlükə, kiberterror və yalan məlumatları gündəmimizə daxil ediblər. Odur ki, biz rəqəmsal faşizmə qarşı birlikdə müqavimət göstərməliyik! Dövlətin vəzifəsi vətəndaşlarının təhlükəsizliyini qorumaqdır. Necə real həyatda vətəndaşlarımızın təhlükəsizliyini təmin edirik, eləcə də virtual həyatda bunu təmin edəcəyik. Azadlıq adı altında Türkiyəni yalan xəbərin, iftiranın meydan suladığı bir mühitə qurban verə bilmərik. Biz cəzalar tətbiq etməyə başlayanda onlar da tabe olmağa başladılar. Reklam və digər vasitələrlə qazanc ədə edib, vergi ödəməkdən boyun qaçıra bilməzlər. Qərbə necə ödəyirlər, bizə də elə ödəyəcəklər. Biz rəqəmsal diktatorluğa və kiberzorakılığa qarşı hüquqi mübarizənin önəmini daha yaxşı anlayırıq”. 

Prezident deyib ki, Türkiyə yaxın zamanda yerli və milli sosial şəbəkə proqramlarını genişləndirəcək:

“Xarici sosial şəbəkə şirkətlərinin məlumatların məxfilik məsələsində ikili standartla yanaşması Türkiyənin “BiP” kimi mesajlaşma proqramının tətbiqini zəruri edib. Yaxın gələcəkdə yerli proqramlarımızın daha keyfiyyətli səviyyəyə çatdıracağıq. Unutmayaq ki, yerli və milli olan müvafiq məhsullarımız xarici ekvivalentlərindən daha çox imkanlara sahibdir. Bütün vətəndaşlarımızı yerli və milli tətbiqlərdən istifadəyə dəvət edirik”. (apa.az)

Qeyd edək ki, keçən həftə Türkiyə Prezident Administrasiyasının Rəqəmsal Transformasiya şöbəsinin müdiri Ali Taha Koç əhaliyə yerli sosial şəbəkə vasitələri olan “BiP” və “Dedi” proqramlarından istifadəni tövsiyə edib. Türkiyədə “WhatsApp-ı silirik” kampaniyasına başlanılıb, bu kampaniyaya türkiyəli iş adamı, “Baykar Makine” şirkətinin texniki direktoru, Türkiyə Prezidentinin kürəkəni Selçuk Bayraktar da qatılıb. Selçuk Bayraktar mesajlaşmada “BiP”-dən istifadə etdiyini bildirib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"