"Qarabağ münaqişəsi tamamilə aradan qalxmayıb" - ATƏT sədri də Minsk Qrupunu "diriltmək" istəyir

14 yanvar, 2021 15:06

"Bu gün Avropada vəziyyət İsveçin 1992-ci ildə ATƏT-ə sədrlik etdiyi dövrdən çox fərqlidir." Azsiyasət.com apa.az-a istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan yeni sədri, İsveçin xarici işlər naziri, xanım Ann Linde ölkəsinin təşkilata sədrlik edəcəyi dövrdəki prioritetlərini açıqlayarkən deyib.

O bildirib ki, müasir dövrdə iqlim dəyişikliyindən kibertəhlükəsizlik, pandemiyaya qədər yeni çağırışlar, böhranlar və təhdidlər meydana çıxıb: 

“Lakin ATƏT-in və ona üzv ölkələrin öhdəlikləri toxunulmaz olaraq qalır. İsveç əmindir ki, çoxtərəfli əməkdaşlıq ümumi problemlərimizi həll etməyin ən yaxşı yoludur. ATƏT-ə sədrlik vəzifəsini məhz bu düşüncə və təcrübə ilə öz üzərimizə götürürük.

ATƏT-in real dəyişikliklər edə bilməsi, prinsiplərini müdafiə etməsi üçün öz üzərimə düşəni edəcəyəm. Bunu bütün iştirakçı dövlətləri təmsil edən vicdanlı vasitəçi olaraq edəcəyəm və ümumi razılaşdırılmış prinsiplərimizin pozulmasına aşkar etməkdən çəkinməyəcəyəm".

A.Linde çıxışında deyib ki, İsveçin 2021-ci ildə ATƏT-ə sədrliyi dövründə əsas prioriteti regiondakı münaqişələrin həllinə töhfə verməkdir. 

"Münaqişələrin beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər qəbuledilməzdir. Regionumuzdakı münaqişələrin həlli gündəliyimizin əsasını təşkil edir. Biz hərtərəfli təhlükəsizlik konsepsiyasını dəstəkləyərək münaqişələri həll etməyə, gələcək böhranlardan çəkinməyə çalışacağıq. Siyasi və iqtisadi təhlükəsizlik, insan haqları, demokratiya, qanunun aliliyi, bərabərlik - bütün bunlar bir-biri ilə bağlıdır.

Münaqişələrin həlli ATƏT-ə sədrlik edəcək İsveç üçün güclü prioritetdir. Dağlıq Qarabağda və onun ətrafında silahlı münaqişənin baş verməsi, ağır insani tələfat, insanların əziyyət çəkməsi, münaqişələrin həll edilmədiyi zaman meydana çıxan riskləri açıq şəkildə ortaya qoydu", - deyə İsveçin xarici işlər naziri vurğulayıb.

ATƏT-in fəaliyyətdə olan sədri əlavə edib ki, münaqişə hələ tamamilə aradan qalxmayıb və belə olan halda ATƏT münaqişənin həllinə töhfə verə bilər: "Biz ATƏT-in Minsk Qrupunu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini dəstəkləyəcəyik".

A.Linde ATƏT regionundakı digər münaqişələrə də toxunub və bu münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinin vacibliyini vurğulayıb.

"İndi sədr kimi rolum etimadı və təhlükəsizliyi artıra biləcək addımları dəstəkləmək və bu addımların atılmasına imkan yaratmaq olacaq. Bunu edərkən heç bir maneə yaratmayacağam. Söhbət öhdəliklərimizdən, təhlükəsizliyimizdən və ATƏT-dən gedir", - deyə A. Linde bildirib.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI