"Həmsədrlərdən imtina bizə lazım deyil" - "Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək..."

15 yanvar, 2021 00:48

Elxan Şahinoğlu: "Azərbaycan da Türkiyə kimi Minsk Qrupundan imtinanı lazım bilmir" 

Türkiyənin Müdafiə naziri Mövlud Çavuşoğlu bildirib ki, ATƏT-in Minsk Qrupu lazım olacağı halda yenidən öz rolunu oynaya bilər.

"Bunun üçün həmsədrlər ilk növbədə konstruktiv və konkret yanaşma tutmalı, əvvəllər göstərilən zəif vasitəçilik səviyyəsindən dərs çıxarmalıdılar”, - deyə M.Çavuşoğlu bildirib.

Xatırladaq ki, Çavuşoğlu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son illər haqlı olaraq həmsədrləri tənqid edir, 25 ildə onların fəaliyyətinin yarıtmaz olduğunu vurğulayırdılar.

Nazirin bu açıqlamasını şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, deyib ki, Ankara Minsk Qrupu formatından imtina edilməsini lazım bilmir. 

"Doğru yanaşmadır. Elə Azərbaycan prezidenti də həmsədrləri tənqid etsə də, bu formatdan imtina etməyi lazım bilmir. Müharibəyə qədər danışıqların getdiyi təxminən 26 ildə həmsədrlərdən tələbimiz o olub ki, Ermənistanın işğalına son qoysunlar, BMT-nin 4 qətnaməsini yerinə yetirsinlər. Etmədilər, 44 günə biz məsələni böyük ölçüdə həll etdik. Ona görə də bundan sonra Minsk Qrupundan artıq heç bir tələbimiz və gözləntimiz yoxdur"-deyə ekspert qeyd edib.

E.Şahinoğlu hesab edir ki, bu formatdan imtina doğru olmazdı, bu halda böyük güclərin təzyiqi ilə üzləşə bilərik:

"Böyük güclər simvolik də olsa rollarını davam etdirmək istəyir, bu yolla oyundankənar vəziyyətdə qalmaq istəmirlər. Həmsədrlərdən imtina bizə lazım deyil. Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək, onsuz da status məsələsi yaxın illərdə həll olunmayacaq. 25 il heç bir nəticə əldə etməyən qurum qoy bir elə o qədər turistik səfərlərlə məşğul olsun. Əvvəl bu səfərlərin nəticəsiz qalması bizi rahatsız edirdi, indi isə qoy Ermənistanı rahatsız etsin".

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"