“Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - FOTOLAR
15 yanvar, 2021 12:44
Şuşanın işğalı zamanı zədələnmiş və Bakıya gətirilmiş 3 dahi şəxsiyyətin heykəli Şuşaya qaytarılıb.
Azsiyasət.com xəbər verir ki, illərdir “Güllələnmiş heykəllər” adlandırılan Üzeyir Hacıbəyli, Bülbül və Natavanın heykəlləri Azərbaycan Prezidenti İlham Əliyevlə ailəsinin Şuşaya səfəri ərəfəsində doğma yurduna geri qaytarılıb.